www.vivo-book.com
126
– Bonjour, madame
47
, – m-lle Blanche üzünün və
bədəninin bütün
ifadəsiylə belə qəribə suala, müraciətə
qeyri-adi ciddiyyət və nəzakət pərdəsi altında cavab
verməyə tələsib təntənəylə, zərifliklə çömbəldi.
Nənə birdən generala müraciət elədi:
– Sənin qonşun olacağam; buna sevinirsən, yoxsa yox?
– Oo, xalacan! Səmimi hisslərimə inanın…
mənim
məmnunluğuma, – general sözdən yapışdı. O artıq bir qədər
özünə gəlmişdi, yeri düşəndə, uğurlu, lovğa-lovğa, müəyyən
təsir göstərməyə iddiayla danışmağı bacarırdı. – Biz
sizin
xəstəliyiniz barədə xəbərlərdən elə həyəcanlanmış, elə
heyrətlənmişdik ki… Elə ümidsiz teleqramlar alırdıq ki,
qəfildən…
– Yox, canım, goplayırsan, goplayırsan! – nənə o saat
generalın sözünü ağzında qoydu.
47
Bəli, xanım… İnanın ki, mən elə həyəcanlıyam… sizin
səhhətiniz… bu möcüzədi… sizi burda görmək… gözəl
sürprizdi – frans.