www.vivo-book.com
123
çox diqqət göstərirdilər – a la barbe de rauvre general
46
və
kompaniya bəlkə süni alınsa da, bununla belə, ən sevincli və
mehriban – ailəvi ahəng verirdi. Nənəni görəndə general
qəfildən donub qaldı, ağzını ayırıb sözünü yarımçıq kəsdi.
Gözlərini döyə-döyə, elə bil, sehrlənmiş əjdahanın
nəzərləriylə ona baxdı. Nənə də dinməzcə, tərpənmədən onu
süzdü, – amma bu təntənəli, meydan oxuyan, kinayəli
baxışıydı! Onlar bir-birinə bütün ətrafdakıların dərin sükutu
içində düz on saniyə baxdılar. De-Qriye əvvəlcə çaşdı,
amma sonra onun üzündə qeyri-adi narahatlıq göründü. M-
lle Blanche qaşlarını dartdı, ağzını açıb vəhşi nəzərlərlə
nənəyə baxdı. Knyaz və alim təəccüblə bütün bu mənzərəni
süzürdülər. Polinanın baxışlarında həddən artıq təəccüb,
anlaşılmazlıq ifadə olunurdu, amma o, qəfildən yaylıq kimi
ağardı; bir dəqiqədən sonra qan sürətlə üzünə vurdu və
yanaqlarını qızartdı. Bəli, bu hamısı üçün faciəydi! Mən
ancaq baxışlarımı nənədən bütün ətrafdakılara və əksinə
46
yazıq generalın burnunun ucunda – frans.
www.vivo-book.com
124
aparıb-gətirirdim. Mister Astley bir qıraqda, öz adətincə,
sakitcə, təmkinlə dururdu.
– Hə, bu da mən! Teleqramın yerinə özüm gəldim! –
nəhayət, nənə sükutu pozub sözə başladı, – nədi,
gözləmirdiniz?
– Antonida Vasilyevna… xalacan… necə ola bilər,
axı… – bədbəxt general mızıldandı. Əgər nənə hələ bir neçə
də saniyə danışmasaydı, ola bilsin ki, beyninə qan sızacaqdı.
– Necə yəni, “necə ola bilər?” Eləcə qatara mindim,
gəldim. Bəs dəmiryolu nədən ötrüdü? Yoxsa hamınız
fikirləşirdiniz: artıq ayağımı uzatmışam, sizə miras
qoymuşam. Mən axı, sənin burdan necə teleqramlar
göndərdiyini bilirəm. Məncə, o teleqramlara həddən artıq
pul ödəmisən. Burdan göndərmək ucuz deyil. Mənsə
ayaqlarımı çiynimə atıb gəldim. Bu həmin fransızdı?
Monsie’ur De-Qriyedi, deyəsən?
– Qui, madame, – De-Qriye tutuldu, – et croyez, je suis
si enchante… votre sante… c’est un miracle… vous vour
ici, une surprise charmante…
|