www.vivo-book.com
140
vətəninizi qorumağı bacarmırsınız. Hə, qaldırın! Potapıç,
göstəriş ver ki, həmişə iki yükçü hazır olsun, danış, razılaş,
muzdla tut. İkisindən çox lazım deyil. Yalnız pilləkənlərdə
qaldırmaq lazımdı, düz yerdə itələyəcəklər, belə də de; həm
də haqqını
əvvəldən ver ki, hörmətkar olsunlar. Özünsə
həmişə yanımda ol, sənsə, Aleksey İvanoviç, gəzintidə o
baronu göstər: nə təhər fonbarondu, qoy bir görüm. Hə, bu
ruletka hardadı axı?
Mən
izah elədim ki, ruletkalar vağzalda, zallarda
yerləşir. Sonra suallar yağmağa başladı: Çoxdularmı?
Çoxmu oynayırlar? Bütün günümü oynayırlar? Necə
qurulublar?
Axır
cavab verdim ki, hər şeyi öz gözlərinlə görmək
daha yaxşıdı, çünki belə təsvir eləmək kifayət qədər çətindi.
– Hə, onda birbaşa ora aparın! Qabağa düş,
Aleksey
İvanoviç!
– Necə, doğrudanmı, xalacan, siz hətta yolun
yorğunluğunu da canınızdan çıxarmayacaqsınız? – general
qayğıkeşliklə soruşdu. O elə bil bir az əl-ayağa düşdü. Hə,
hamısı nəsə əl-ayağa düşüb baxışdılar.
Yəqin ki, nənəni