Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə71/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   67   68   69   70   71   72   73   74   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
143 
Vağzalacan yarım verstiydi. Yolumuz bağa qədər 
şabalıd ağaclarının xiyabanıyla uzanırdı, bağın yanından 
ötüb düz vağzala dirənirdi. General bir azca rahatlandı, 
çünki yürüşümüz yetərincə gülməli olsa da, nizamlı və 
abırlıydı. Mineral sularda ayaqdan şikəst xəstə, zəif adamın 
peyda olması faktında da təəccüblü heç nə yox idi. Amma 
görünür, general vağzaldan qorxurdu: xəstə, ayaqdan şikəst 
adam, üstəlik, qarı ruletkaya niyə gedir? Polina və m-lle 
Blanche dığırlanan kreslonun hər iki tərəfində, nənənin 
böyrüylə gedirdilər. M-lle Blanche gülürdü, bir az nəşəliydi 
və hətta hərdənbir nənəylə tamamilə iltifatla əylənirdi, buna 
görə qarı, nəhayət, onu təriflədi. O biri tərəfdən Polina 
nənənin bu cür dəqiqəbaşı, saysız-hesabsız suallarına cavab 
verməliydi: “Bu keçən kişi kimiydi? Bu gələn qadın kimdi? 
Şəhər böyükdümü? Bağ iridimi? Bunlar hansı ağaclardı? 
Burda qartallar süzürmü? Bu məzəli dam nədi belə?” Mister 
Astley mənim böyrümlə gedirdi, pıçıldayırdı ki, bu səhərdən 
çox şey gözləyir. Potapıç və Marfa arxada gedirdilər – 
Potapıç frak geyinmişdi, qalstuk taxmışdı, lakin kartuz 
qoymuşdu, Marfa – qırxyaşlı alyanaq, ancaq artıq saçı 


www.vivo-book.com 
144 
ağarmağa başlamış qızsa – önlükdə, çit donda, cırıldayan 
tumac başmaqlardaydı. Nənə çox tez-tez onlara sarı dönür, 
söhbət eləyirdi. De-Qriye və general bir qədər geri 
qalmışdılar, nə barədəsə qızğınlıqla danışırdılar. General çox 
məyusuydu; De-Qriye qətiyyətli görkəmlə danışırdı. Ola 
bilsin, o, generalı ruhlandırırdı; görünür, nəsə məsləhət 
verirdi. Amma nənə artıq bir az əvvəl nəhs sözünü demişdi: 
“Mən sənə pul verməyəcəyəm”. Bəlkə də bu xəbər De-Qriye 
üçün ağlasığmaz görünürdü, ancaq general xalasına bələd 
idi. Mən De-Qriye və m-lle Blanchenin him-cimə davam 
elədiklərini sezdim. Knyaza və səyyah almana xiyabanın lap 
arxasında nəzər saldım: onlar bizdən aralanıb harasa 
getdilər. Gəlib vağzala çatdıq. Şveysarlarda, xidmətçilərdə 
otelin qulluqçularında olan həmin iltifatı gördük. Amma 
onlar bizə maraqla baxırdılar. Nənə əvvəlcə ona bütün 
zalları gəzdirməyi tapşırdı; bəzi şeyləri təriflədi, bəzilərinə 
etinasızlıq göstərdi; hər şey barədə sorğu-sual elədi. Axır ki, 
oyun zalına da çatdıq. Bağlı qapının qarşısında növbə çəkən 
xidmətçi, elə bil, heyrətlənmiş kimi qəfildən qapını taybatay 
açdı. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin