www.vivo-book.com
146
əksinə, camaatın axışıb gəlməsinə sevinirdilər, ona görə ki,
sərfəlidi; amma masaların ətrafında oturan səkkiz nəzarətçi
dörd gözlə pul qoyuluşunu diqqətdə saxlayırdılar, elə onlar
da uduşları verir,
mübahisə düşəndəsə, yoluna qoyurdular.
Polislər zalda mülki geyimdə tamaşaçıların arasında
olurdular, buna görə onları tanımaq mümkün deyildi. Onlar
qumarxanada, işlərinin həddən artıq rahatlığına görə çox
olan oğrulara və dələduzlara xüsusi diqqət yetirirdilər.
Doğrudan da, başqa hər yerdə cibdən, qıfıl altından
oğurlamaq lazım gəlir –
bu isə uğursuzluq baş verəndə,
böyük qalmaqalla qurtarır. Burdasa sadəcə, ruletkaya
yaxınlaşmaq, oynamağa başlamaq və qəfildən hamının
gözünün qarşısında başqasının
uduşunu götürüb cibinə
qoymaq olur; əgər mübahisə yaranırsa, onda dələduz açıq-
aşkar, ucadan təkid eləyir ki, uduş özününküdü. İş bacarıqla
görülübsə və şahidlər tərəddüd eləyirsə, onda oğru çox vaxt,
şübhəsiz ki, məbləğ o qədər iri deyilsə, pulu özünə çıxmağa
fürsət tapır. Sonuncu halda, bu dələduzluq nəzarətçilər,
yaxud oyunçular tərəfindən daha tez sezilir.
Lakin məbləğ
bir elə böyük deyilsə, onda pulun əsl sahibi qalmaqala baş