www.vivo-book.com
138
– Yaxşı ki, bunlarda birə yoxdu. Bütün mələfələri rədd
eləyin! Mənim mələfələrimi salın, mənim yastığımı qoyun.
Amma bütün bunların hamısı həddən artıq çoxdu, mən
qarıya belə mənzil nəyə lazımdı: tək darıxdırıcıdı.
Aleksey
İvanoviç, uşaqlarla dərsini qurtarandan sonra mənə tez-tez
baş çək.
– Mən dünəndən etibarən
daha generala xidmət
eləmirəm, – cavab verdim, – oteldə də öz hesabıma
yaşayıram.
– Niyə belə?
– Bu günlərdə
bura Berlindən baronessayla, arvadıyla
bir əsilzadə alman baronu gəldi. Mən dünən gəzintidə
onunla Berlin ləhcəsinə əməl eləmədən almanca danışdım.
– Hə, nə olsun ki?
– O, bunu ədəbsizlik saydı,
generala şikayət elədi,
generalsa elə dünəncə məni istefaya göndərdi.
– Sən o baronu söydünmü, nədi, axı? (Təki söyəydin,
bunun zərəri yoxdu!)
– Yox e, əksinə, baron özü mənə əl ağacını qaldırdı.