www.vivo-book.com
154
– Qoy, qoy! Sənin pulun deyil! İki fridrixsdör qoydum.
Kürəcik uzun müddət çarxın içində diyirləndi, nəhayət,
çıxıntılarda atılıb-düşməyə başladı. Nənə donub mənim
əlimi sıxdı və qəfildən – tarapp!
– Zero, – nəzarətçi elan etdi.
–
Görürsən, görürsən! – nənə fərəhlə, razı halda mənə
sarı döndü. – Mən demişdim axı, demişdim sənə! İki qızıl
pul qoymağı ilahi özü ağlıma saldı. Hə, mən indi nə qədər
alacağam axı? Niyə vermirlər? Potapıç, Marfa,
onlar
hardadılar axı? Bizimkilərin hamısı hara yox olublar axı?
Potapıç, Potapıç!
– Nənə, sonra, – pıçıldadım, – Potapıç qapının
ağzındadı, onu bura buraxmırlar. Baxın, nənə sizə pul
verirlər, alın! – Nənəyə göy rəngli kağızın içində
fridrixsdörlə ağır
bağlama verdilər, üstəlik başı bağlı
olmayan iyirmi fridrixsdör saydılar. Bütün bunları mən
kürəklə nənənin qarşısına itələdim.