www.vivo-book.com
157
fridrixsdör qoydum. Çarx uzun-uzadı fırlandı, “Məgər o
doğrudan da yenə zero-nun udacağını fikirləşir?” – Ona
təəccüblə baxıb düşündüm. Uduşa olan qəti inam lap indicə
“zero!” qışqıracaqlarına mütləq intizar nənənin üzündə bərq
vururdu. Kürəcik sıçrayıb xanaya düşdü.
– Zero! – nəzarətçi qışqırdı.
– Hə? – coşqun təntənəylə məndən soruşdu. Mən özüm
oyunçu idim; həmin bu dəqiqəni hiss eləyirdim. Əlim-
ayağım əsirdi, qan beynimə vurmuşdu. Əlbəttə, bu nadir
hadisəydi ki, cəmi-cümlətanı on zərbədə üç dəfə zero
çıxmışdı; amma burda elə heyrətamiz bir şey yoxdu. Mən
özüm üçüncü günümdə dalbadal üç dəfə zero çıxdığının
şahidi olmuşdum, bu zaman kağız üzərində zərbələri cidd-
cəhdlə qeyd eləyən oyunçu ucadan demişdi ki, dünən elə bu
zero bütöv sutka ərzində bircə dəfə düşüb.
Ən böyük uduşu olan nənəylə xüsusi diqqət, hörmətlə
hesablaşdılar. O, düz dörd yüz iyirmi fridrixsdör, daha
doğrusu, dörd min florin və iyirmi fridrixsdör almalı oldu.
İyirmi fridrixsdörü qızıl pulla, dörd min florini isə bank
biletləri ilə verdilər. Amma nənə bu dəfə Potapıçı
www.vivo-book.com
158
çağırmışdı; o, başqa şeylə məşğul idi. Qarı hətta itələşmirdi,
zahirən titrəmirdi. Əgər belə mümkünsə, daxilən əsirdi.
Bütün diqqətini nəyəsə cəmləşdirmişdi, onu da nişan aldı:
– Aleksey İvanoviç! O dedi ki, bir dəfəyə yalnız dörd
min florin qoymaq olar? Al, götür, bütün bu dörd mini
qırmızı xanaya qoy, – nənə qət elədi. Onu fikrindən
daşındırmağın xeyri yox idi. Çarx fırlandı.
– Rouge! – Nəzarətçi elan elədi. Yenə dörd min florin
uduş, cəmi deyəsən, səkkiz min oldu. “Dördünü mənə ver,
dördünüsə, yenə qırmızı xanaya qoy”, – nənə əmr elədi.
Yenə dörd min qoydum.
– Rouge! – nəzarətçi bir də elan elədi.
– Cəmi on iki! Hamısını bəri ver. Qızıl pulları bura pul
kisəsinə tök. Kağız pullarısa gizlət.
– Bəsdi! Evə! Kreslonu itələyin!
XI FƏSİL
|