www.vivo-book.com
173
– Bağışlayın, siz bu qarının rəhbəri (yaxud bunu necə
deyirlər?) olmağı öz üzərinizə götürürsünüz, sette pauvre
terrible vieille
74
– De-Qriyenin özü çaşırdı, amma o
uduzacaq axı, bütün var-yoxunu itirəcək! Siz özünüz
gördünüz, siz onun necə oynadığının şahidi oldunuz! Əgər
o, uduzmağa başlasa, inadından, qəzəbindən masadan
aralanmayacaq, elə hey oynayacaq, hey oynayacaq, belə
hallardasa uduzulanları heç zaman geri qaytarmaq mümkün
olmur və onda… onda…
– Onda da, – general onun səsinə səs verdi, – onda siz
bütün ailəni məhv eləyəcəksiniz! Mən və ailəm, biz onun
varisləriyik, başqa yaxın qohumları yoxdu. Sizə açıq deyim:
mənim işlərim pozulub, həddən artıq pozulub. Özünüz
qismən bilirsiniz… Əgər o, xeyli pul, yaxud hətta ola bilsin
ki, bütün varidatını (ilahi!) uduzsa, onda mənim uşaqlarımın
halı necə olacaq (general De-Qriyeyə nəzər saldı) – mənim
halım necə olacaq? (General ondan nifrətlə üzünü çevirən
74
Bu zavallı, dəhşətli qarının – frans.
www.vivo-book.com
174
m-lle Blanche-yə baxdı.) Aleksey İvanoviç, xilas eləyin, bizi
xilas eləyin!..
– Axı, nəylə, general, deyin, nəylə xilas eləyə
bilərəm… Mən burda kiməm ki?
– İmtina eləyin, imtina eləyin, onu atın!..
– Onda başqası tapılacaq! – qışqırdım.
– Ce n’est pas ça ce n’est pas ça, – De-Qriye təzədən
sözümü kəsdi, – que diable! Yox, atmayın, amma heç
olmasa, vicdanını oyadın, dilə tutun, başını qatın… Hə,
nəhayət, ona həddən artıq uduzmağa imkan verməyin,
birtəhər başını qatın.
– Bunu necə eləyə bilərəm? Əgər siz özünüz bunu
eləsəydiniz, – monsieur m-lle Blanche-nin De-Qriyeyə cəld,
odlu, sualedici nəzərini hiss elədim. De-Qriyenin özünün
sifətindəsə, nəsə xüsusi, nəsə açıq-aşkar bir şey görünürdü,
o, bundan özünü saxlaya bilmədi.
– Elə məsələ də burasındadır ki, o, indi məni qəbul
eləməz! – De-Qriye əlini yelləyib qışqırdı. – Əgər…
sonra… De-Qriye m-lle Blanche-yə cəld, mənalı nəzər
saldı.
|