Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə89/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   85   86   87   88   89   90   91   92   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
179 
– Artıq on ikinci dəfədi, nənə. Yüz qırx dörd fridrixsdör 
uduzmuşuq. Sizə deyirəm nənə, axşama qədər bəlkə də… 
– Sus! – nənə sözümü kəsdi. – Zeroya qoy, ondan əlavə
bu dəqiqə qırmızıya da min qulden qoy. Al, bu da pul.
Qırmızı çıxdı, zero isə yenə baş tutmadı; min quldeni 
qaytardılar. 
– Görürsən, görürsən! – nənə pıçıldayırdı, – 
qoyduqlarımızı demək olar qaytardıq. Yenə zeroya qoy; bir 
dəfə də qoyaq, başını buraxaq.
Beşinci dəfə nənə tamam darıxdı. 
– Bu murdar zerociyəzi cəhənnəm elə getsin. Al, bütün 
dörd min quldeni qırmızıya qoy, – o əmr elədi. 
– Nənə! Çox olacaq; əgər qırmızı çıxmasa onda necə 
olsun, – yalvarırdım. 
Amma nənə az qala sözümü ağzımda qoyurdu (Hə, yeri 
gəlmişkən, elə itələşirdi ki, demək olar, az qala dalaşırdı.). 
Əlac yox idi, mən bayaq udduğumuz dörd min quldenin 
hamısını qırmızıya qoydum. Çarx fırlandı. Nənə vüqarla 
qəddini dik tutub, mütləq uduşa şübhə eləmədən oturmuşdu. 
– Zero! – nəzarətçi səsləndi. 


www.vivo-book.com 
180 
Əvvəlcə nənə başa düşmədi, amma sonra nəzarətçinin 
masanın üstündəki bütün pullarla birgə onun dörd min 
quldenini süpürdüyünü görəndə, bu qədər müddətdə 
çıxmayan, demək olar, iki yüz fridrixsdör qoyduğumuz 
zeronun, elə bil, qəsdən nənənin indicə söyüb başını 
buraxdığı vaxt çıxdığını öyrənəndə, birdən guruldadı, bütün 
salonu əlləriylə qamarlamaq istədi, ətrafdakılar hətta 
gülüşdülər. 
– Vay, dədə vay! Bu lənətə gəlmiş elə indi çıxdı! – 
nənə bağırdı, – ay belə-belə olmuş məlun! Bunu sən elədin! 
Bütün bunları sən elədin! – coşmuş halda məni itələyə-
itələyə üstümə düşdü. – Sən məni dilə tutdun. 
– Nənə, mən sizə yol göstərirdim, bütün şanslara görə 
necə cavab verə bilərəm? 
– Mənsə şans verərəm! – o, hiddətlə pıçıldadı, – rədd ol 
mənim yanımdan. 
– Əlvida, nənə, – getmək üçün çevrildim. 
– Aleksey İvanoviç, Aleksey İvanoviç, dayan görüm! 
Hara gedirsən? Hə, nə, nə? Görürsən, incidin! Axmaq! Hə, 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin