www.vivo-book.com
181
burda ol, bir az da dayan, yaxşı, incimə, mən özüm
axmağam! Hə, de, yaxşı, indi neyləməliyəm?
– Mən, nənə, sizə yol göstərə bilmərəm, bir şey olsa
məni günahlandırarsınız. Özünüz oynayın, əmr eləyin, mən
qoyacağam.
– Yaxşı, yaxşı! Hə, qırmızıya dörd min qulden də qoy!
Bu da pul kisəsi, götür!– O, cibindən pul kisəsini çıxarıb
mənə verdi. – Hə, tez götür, burda iyirmi min rubl təmiz pul
var.
– Nənə, – pıçıldadım, – belə çox pul…
– Ölsəm də, geri qaytaracağam. Qoy! –
Qoyduq və uduzduq.
– Qoy, qoy, səkkiz minin hamısını qoy!
– Olmaz, nənə, ən böyük məbləğ dörd mindi!
– Yaxşı dörd qoy!
Bu dəfə udduq. Nənə ruhlandı.
“Görürsən, görürsən, – məni itələyirdi, – yenə dörd
qoy”.
Qoyduq – uduzduq; sonra yenə, yenə uduzduq.
– Nənə, bütün on iki min getdi, – bildirdim.
www.vivo-book.com
182
– Görürəm ki, gedib, – o, belə demək mümkünsə,
qəribə dəlisov sakitliklə dilləndi, – görürəm atam-atam,
görürəm, – tərpənmədən bir nöqtəyə baxa-baxa, elə bil,
götür-qoy eləyə-eləyə dilləndi, – eh, ölsəm də oynayacağam,
dörd min qulden də qoy!
– Pul yoxdu axı, nənə; pul kisənizdə bizim beşfaizlik
istiqrazlar, bir də bəzi köçürmələr var, pulsa yoxdu.
– Bəs, portmanatda?
– Xırda pullar qalıb, nənə.
– Burda puldəyişmə dükanları var? Mənə dedilər ki,
bizim bütün kağızlarımızı xırdalamaq olar, – nənə qətiyyətlə
soruşdu.
– Oh, nə qədər istəsəniz! Amma siz dəyişdirməyə görə
itirəcəyinizdən belə… cuhudun özü də dəhşətə gələcək!
– Boş söhbətdi! Yenə udacağam. Apar. O qanmazları
çağır.
Kreslonu itələdim, yükçülər gəldilər, biz vağzaldan
çıxdıq. “Tez, tez, tez!” – nənə əmr verirdi. – “Yolu göstər,
Aleksey İvanoviç, yaxındakına apar, uzaqdadımı?”.
– İki addımdı, nənə.
|