www.vivo-book.com
177
XII FƏSİL
Nənə hövsələsiz, acıqlı əhvali-ruhiyyədəydi; görünürdü
ki, ruletka onun beynində möhkəm qərar tutmuşdu. Bütün
bunlarla yanaşı, qarı diqqətsiz, ümumiyyətlə, fikri həddən
artıq dağınıqıydı. Yolboyu bayaqkı kimi, hər şey barədə sual
vermirdi. Bizim yanımızdan yel kimi ötüb keçən çox zəngin
kolyaskanı görəndə, yalnız əlini qaldırıb soruşdu: “Bu nədi?
Kimindi?” – amma deyəsən, mənim cavabımı da eşitmədi;
onun dalğınlığı fasiləsiz olaraq, kəskin və hövsələsiz bədən
hərəkətləriylə, ədalarıyla kəsilirdi. Artıq vağzala yaxınlaşan
zaman
mən
ona
uzaqdan
baron
və
baronessa
Vurmerhelmləri göstərəndə, nənə dalğın-dalğın baxıb
tamamilə etinasızlıqla dedi: “A!” – sonra arxada addımlayan
Potapıça və Marfaya tərəf çevrilib onların ağzından vurdu:
www.vivo-book.com
178
– Hə, siz niyə dalımca düşmüsünüz? Hər dəfə sizi
özümlə aparmayacağam ki! Tərpənin burdan, birbaş evə!
Mənim elə sən də bəsimsən, – onlar tələsik baş əyib evə sarı
götürüləndə qarı mənə müraciətlə əlavə elədi.
Artıq nənəni vağzalda gözləyirdilər. Elə o dəqiqə onu
düz nəzarətçinin yanındakı həmin yerə apardılar. Mənə elə
gəlir, bu həmişə belə nəzakətli, özlərini adi məmur sayan
nəzarətçilərə demək olar, hər şeyin qəti dəxli yoxdu: bank
udacaq, yoxsa uduzacaq, – heç də bankın uduzmasına
etinasız deyillər, əlbəttə ki, oyunçuların cəlb edilməsi, bərk
maraqlarına daha güclü nəzarət üçün bəzi məlumatlarla
təchiz olunublar, – buna görə mütləq özləri də priz və
mükafat alırlar. Ən azı nənəyə artıq qurban kimi baxırdılar.
Sonra bizimkilər nə güman etmişdilər, o da baş verdi.
Məsələ bax, belə oldu. Nənə birbaşa zero-nun üstünə
atıldı, o dəqiqə də on iki fridrixsdör qoymağı tapşırdı. Bir,
iki, üç dəfə qoyduq – zero çıxmırdı. “Qoy, qoy!” – nənə
səbirsizliklə məni itələyirdi. Mən əməl eləyirdim.
– Neçə dəfə qoyduq? – nəhayət o, səbirsizlikdən
dişlərini qıcırdada-qıcırdada soruşdu.
|