www.vivo-book.com
172
Qeyd eləyim ki, o mənimlə indiyəcən inanılmaz
dərəcədə
etinasızlıqla davranırdı, hətta təzimlərimə də cavab vermirdi,
sadəcə, məni vecinə almırdı.
– Aleksey İvanoviç, – general mehriban, töhmətli
tərzdə sözə başladı, –
icazə verin, sizə elan eləyim ki,
qəribədi, həddən artıq qəribədi…
bir sözlə, sizin mənə və
mənim ailəmə qarşı hərəkətlərinizdə… bir sözlə, həddən
artıq qəribədi…
– Eh! çe n’est pas ça, – De-Qriye acıqla və nifrətlə
onun sözünü kəsdi. (Qətiydi, o, hamını idarə eləyirdi!) –
Mon sher – monsieur, notre
cher general se trompe
73
, belə
tərzə keçib (onun nitqini rusca davam etdirirəm), amma o
sizə demək istəyirdi ki… daha doğrusu, sizə xəbərdarlıq
eləmək, yaxud daha yaxşı desək, sizdən artıq dərəcədə xahiş
eləyir ki, onu məhv eləməyəsiniz, – hə, məhv eləməyəsiniz.
Mən məhz bu ifadəni işlədirəm…
– Axı, nəylə, nəylə? – onun sözünü kəsdim.
73
Belə yox… Mənim əzizim, bizim əziz general səhv eləyir –
frans.