Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə83/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   79   80   81   82   83   84   85   86   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
167 
ilahi, bədxah gülüşlə), – ilahi, bəs axı, nənənin bir az bundan 
qabaq payladığı hər fridrixsdör generalın ürəyini yaralayırdı, 
De-Qriyenin ağlını başından çıxarırdı, qaşığı ağzının 
yanından geri çəkdikləri m-lle de Cominges-i dəli olmaq 
dərəcəsinə çatdırırdı. Bu da bir fakt: nənə hətta uduşdan 
sevindiyindən hamıya pul paylayanda, hər ötüb-keçəni 
dilənçi hesab eləyəndə, hətta bu vaxt da ağzından generala 
müraciətlə: “sənəsə, onsuz da verməyəcəyəm!” sözlərini 
çıxarırdı. Deməli, bu fikir beyninə yerləşib, inada düşüb
özünə belə söz verib; – qorxuludu, qorxuludu! 
Bütün bunlar beynimdən nənənin otağından əsas 
pilləkənlə yuxarı, ən axırıncı mərtəbəyə, öz hücrəmə qalxa-
qalxa keçirdi. Bütün bunlar məni əməlli-başlı əyləndirirdi; 
əlbəttə, baxmayaraq ki, əvvəllər də qarşımdakı aktyorları 
bir-birinə bağlayan başlıca yoğun bağları görə bilərdim, 
amma hər halda, bu oyunun bütün vasitələrini, sirlərini görə 
bilmirdim. Polina heç vaxt mənə etibar eləməmişdi. Düzdü, 
hərdən mənə qəfildən, qeyri-iradi ürəyini açsa da, hiss 
eləmişdim ki, tez-tez, demək olar, elə həmişə bu etirafdan 
sonra ya bütün dediklərini lağa qoyurdu, ya da qarışdırıb və 


www.vivo-book.com 
168 
öz niyyətinə yalançı görkəm verirdi. Oh! O, çox şeyi 
gizlədirdi! Hər halda əvvəlcədən hiss eləyirdim ki, bu sirli, 
gərgin vəziyyətin axırı yaxınlaşır. Daha bir zərbə – hər şey 
sona çatacaq, faş olunacaq. Hər şeydə maraqlı olsam da, öz 
taleyim barədə demək olar ki, narahatlıq keçirmirdim. 
Ovqatım qəribədi: cibimdə cəmi iyirmi fridrixsdör var; 
uzaqda, yad yerdəyəm, nə yaşamağa yerim var, nə vəsaitim, 
nə ümidim, nə də haqq-hesabım var. Amma bunun 
qayğısını çəkmirəm! Əgər Polina barədə fikrim olmasaydı, 
sadəcə, başdan-ayağa qarşıdakı nəticənin yalnız məzəli 
marağına baş qoşardım, gücüm gəldikcə, qəhqəhə çəkib 
gülərdim. Amma Polina məni utandırır; onun taleyi həll 
olunur, bunu qabaqcadan hiss eləyirdim, amma boynuma 
alıram, məni yalnız onun taleyi narahat eləmir. Onun 
gizlinlərinə bələd olmaq istəyirəm, istərdim ki, mənim 
yanıma gəlib desin: “Axı, mən səni sevirəm”. Əgər belə 
olmasa, əgər bu dəlilik ağlagəlməzdisə, onda… yaxşı, özgə 
nə arzulayım? Mən özüm elə bil, öz-özümü itirmişəm, təki 
əbədi, həmişə, ömrüm boyu yalnız onun yanında, onun 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin