www.vivo-book.com
152
– Zero isə, nənə, bankın gəliridi. Əgər kürəcik zero-nun
üzərinə düşərsə, onda masanın üstünə qoyulanın hamısı
haqq-hesabsız banka məxsus olur. Düzdü,
uduş üçün daha
bir zərbəyə icazə verilir,
amma bank buna görə heç nə
ödəmir.
– Bəs belə! Bəs mən bir şey almıram?
– Yox, nənə, əgər siz bundan əvvəl zero-ya
qoymusunuzsa, onda zero çıxanda, sizə otuz beş dəfə artıq
ödəyirlər.
– Necə,
otuz beş dəfə, tez-tezmi çıxır? Nədi, onlar
axmaqdılar, niyə qoymurlar?
– Otuz altı şans əleyhinədi, nənə.
– Bu cəfəngiyatdı! Potapıç! Potapıç! Dayan, yanımda
pulum da var, budu! – O, cibindən ağzınacan dolu pul kisəsi
çıxarıb ordan fridrixsdör götürdü, – al, bu saat zero-ya qoy.
– Nənə, zero indicə çıxdı, – dedim, – ola bilsin ki, uzun
müddət çıxmayacaq.
Siz çox qorxursunuz; heç olmasa, bir
az gözləyin.
– Hə, gop eləyirsən, qoy.