www.vivo-book.com
147
qoşmayıb, mübahisəni davam etdirməkdən imtina eləyir və
çıxıb gedir. Ancaq oğrunu ifşa etməyə macal tapılarsa,
həmin dəqiqə oyundan çıxarırlar.
Bütün bunların hamısına uzaqdan, qeyri-adi maraqla
baxırdı. Oğruların oyundan çıxarılmaqları xoşuna gəldi.
Trente et quarante onu o qədər də maraqlandırmadı; qarıya
ruletka və hərəkət eləyən kürəcik daha xoş gəldi. Axır ki,
oyuna yaxından göz qoymaq istədi. Başa düşmürəm, bu
necə baş verdi, ancaq xidmətçilər, əl-ayağa düşən bəzi başqa
agentlər (xüsusilə öz xidmətlərini xoşbəxt oyunçulara və
bütün əcnəbilərə sırıyan uduzmuş polyaklar) dərhal bütün bu
darısqallığa baxmayaraq, masanın lap ortasında, baş
nəzarətçinin yanında nənəyə yer elədilər. Oynamayan,
amma oyunu kənardan izləyən çoxlu tamaşaçı (əksəriyyəti
ailəsiylə birlikdə olan ingilislər) oyunçuların arxasından
nənəyə baxmaq üçün elə o saat masaya sarı sıxlaşdılar.
Çoxlu gözlük ona tərəf döndü. Nəzarətçilərdə ümid yarandı:
belə məzlum oyunçu elə bil, doğrudan da, nə isə qeyri-adi
bir şey vəd eləyirdi. Yetmişyaşlı, ayağı şikəst qadın və
oynamaq arzusu – əlbəttə, bu, adi hadisə deyildi. Mən də
www.vivo-book.com
148
masaya yaxın durub nənənin yanında özümə yer elədim.
General, Polina, De-Qriye və m-lle Blanche də bir
tərəfdə,tamaşaçıların arasında yerləşdilər.
Nənə əvvəlcə oyunçuları gözdən keçirməyə başladı. O
mənə yarımpıçıltıyla kəskin, qırıq-qırıq suallar verirdi: bu
kişi kimdi? Bu qadın kimdi? Masanın axırındakı çox böyük
oyun oynayan, min franklarla pul atan, ətrafdakıların
pıçıldadıqlarına görə qarşısında qızılla və bank biletləriylə
qalaqlanmış qırx min frank pul udmuş çox cavan oğlan onun
daha çox xoşuna gəldi. Oğlanın rəngi qaçmışdı; gözləri
alışıb-yanır, əlləri titrəyirdi; sayıb eləmədən, ovcunun
tutduğu qədər pul qoyurdu, bununla yanaşı, hey udur,
udurdu. Xidmətçilər onun ətrafında vurnuxurdular, arxa
tərəfdə kreslo qoyurdular ki oğlanın yeri rahat olsun,
sıxışdırmasınlar deyə yan-yörəsini təmizləyirdilər – bütün
bunları əməlli-başlı nəsə ummaq üçün eləyirdilər. Başqa
oyunçular uduşdan onlara bəzən saymadan, elə-belə,
sevincdən əlləri tutduğu qədər pul verirlər. Cavan oğlanın
yanında artıq bir polyakcığaz özünə yer eləmişdi, var
gücüylə vurnuxurdu və hörmətanə şəkildə, lakin ara
|