Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə70/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   66   67   68   69   70   71   72   73   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
141 
birbaşa vağzala yola salmaq onlardan ötrü bir az 
qıcıqlandırıcı, hətta utandırıcıydı; burada o, şübhəsiz ki, hər 
hansı gülməli bir hərəkət eləyərdi, həm də artıq camaatın 
yanında; bununla belə, onların hamısı nənəni müşayiət 
eləməyə can atdılar. 
– Mənə nə dincəlmək? Yorulmamışam, onsuz da beş 
gün oturmuşam. Sonrasa baxaq görək, burdakı bulaqlar, 
müalicəvi sular necədi, hardadı. Sonrasa… nədi o, – sən 
dedin, Praskovaya, – puantdı
55
, nədi? 
– Puant, nənəcan. 
– Puantdı, puant olsun. Bəs burda daha nə var? 
– Çox şeylər var, nənə, – Polina çətinliyə düşdü. 
– Hə, özün də bilmirsən! Marfa, sən də mənimlə 
gedəcəksən, – qarı xidmətçisinə dedi. 
– Axı o, nəyə lazımdı, nənəcan? – general qəfildən 
təşvişə düşdü, – nəhayət, belə şey olmaz; çətin ki, Potapıçı 
da vağzala buraxalar. 
55
Dağda hasara alınmış ən yüksək nöqtə – frans.


www.vivo-book.com 
142 
– Bu nə axmaqlıqdı! O, nökərdi deyə, beləcə atıb 
gedək? O da canlı adamdı axı; bax, bir həftədi yollarda 
pələsəng olmuşuq, o da görmək istəyir. Məndən başqa 
kiminlə gəzəcək? Təkbaşına heç burnunu da bayıra 
çıxarmağa ürək eləməz. 
– Amma nənə… 
– Sən mənimlə gəzməyə utanırsan, nədi? Onda evdə 
qal, dərdindən ölən yoxdu. Gör bir necə generaldı; mən 
özüm də general arvadıyam. Hə, doğrudan da, siz dalımca 
düşüb nəyə gəlmisiniz? Mən hər şeyə Aleksey İvanoviçlə 
baxaram…
Ancaq De-Qriye hamının onu müşayiət eləməsinə təkid 
etdi, onunla səfərə çıxmağın ləzzəti və sairə barədə ən 
iltifatlı sözlər üyüdüb tökdü. Hamı yola düşdü. 
– Elle est tombee en enfance, – De-Qriye generala 
təkrar eləyirdi. – Seule elle fera des betises…
56
– sözünün 
ardını eşitmədim, lakin görünür, onun nəsə niyyəti vardı, 
bəlkə hətta ümidləri də qayıtmışdı. 
56
amma o, axmaqlıq eləyəcək – frans.



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin