www.vivo-book.com
135
onlara özlərinin xüsusi şəxsi baxışlarından çıxış eləyirlər.
Amma nənəyə, məlum deyil nəyə görə, elə zəngin otaq
ayırdılar ki, lap ağ elədilər: hamamı, qulluqçular üçün
hücrəsi, kameristka
52
üçün xüsusi guşəsi və s. və i.a. olan əla
bəzədilmiş dörd otaq. Həqiqətən də bu otaqlarda bir həftə
əvvəl hansısa qrande duchesse
53
qalırdı. Bu haqda əlbəttə,
mənzilin qiymətini daha da qaldırmaq üçün dərhal da yeni
qonaqlara məlumat verildi. Nənəni otaqların hamısında
gəzdirdilər, daha doğrusu, itələyə-itələyə apardılar, qarı da
hər şeyə diqqətlə, ciddiyyətlə baxdı. Artıq başı dazlaşmış
ahıl kişi olan oberkelner onu bu ilk baxışda ehtiramla
müşayiət eləyirdi.
Bilmirəm, onların hamısı nənəni kimə oxşatdılar, amma
mənə elə gəlir ki, həddən artıq nüfuzlu, başlıcasısa, çox varlı
xanıma oxşatmışdılar. O saat kitaba qeyd elədilər: “Madam
ela generale prinsesse de Tarassevitcheva”
54
.Baxmayaraq ki,
52
xüsusi xidmətçi
53
böyük rəhbər – frans.
54
generalın xanımı knyaz Taraseviçeva – frans.
www.vivo-book.com
136
nənə heç vaxt knyaginya olmamışdı. Xüsusi xidmətçisi,
vaqonda xüsusi yer, özüylə gətirdiyi lazımsız bağlama,
çamadan, hətta sandıqlar yığını güman ki, nüfuzun
başlanğıcına səbəb olmuşdu; nənənin kreslosu, kəskin
danışıq tərzi və səsi, onun ən utanmaz, heç bir etiraza
dözməyən görkəmlə verdiyi suallar, bir sözlə, nənənin bütün
görkəmi – düz, sərt, hökmlü – hamının ona ehtiramını
tamamlayırdı. Baxış zamanı nənə aradabir qəfildən kreslonu
dayandırmağı əmr eləyirdi, mebellərin arasındakı hansısa
əşyanı göstərirdi, hörmətlə gülümsəyən, amma artıq
qorxmağa başlamış ober-kelnerə gözlənilməz suallarla
müraciət eləyirdi. Nənə sualları, yeri gəlmişkən, yetərincə
pis bildiyi fransız dilində verirdi, beləliklə, adətən mən
tərcümə eləyirdim. Ober-kelnerin cavablarının böyük bir
qismi onun xoşuna gəlmirdi, narazı görünürdü. Qarının özü
də hər şey barədə elə bil, iş haqqında yox, Allah bilir nə
barədə soruşurdu. Qəfildən məsələn, tablonun – mifoloji
süjeti olan hansısa məşhur orijinalın kifayət qədər zəif surəti
qarşısında dayandı.
– Kimin portretidi?
|