www.vivo-book.com
113
rus knyazıyla gözəl atların belində necə çapdığını gördüm,
generalsa onların ardınca sarı atın belində gedirdi. O, səhər
deyirdi ki, ayaqları ağrıyır, amma oturuşu yaxşıydı. Bax, elə
həmin an beynimə belə bir fikir gəldi ki, tamamilə məhv
olmuş adamdı. Üstəlik, bütün bunlar mənim işim deyil, miss
Polinanı yalnız bu yaxınlarda tanımaq şərəfinə nail
olmuşam. Yeri gəlmişkən (mister Astley qəfildən duruxdu),
mən artıq dedim ki, sizi səmimi qəlbdən sevdiyimə
baxmayaraq, bəzi məsələlərə olan hüququnuzu qəbul eləyə
bilmərəm…
– Bəsdi, – yerimdən qalxıb dilləndim, – indi mənə gün
kimi aydındı ki, miss Polinaya da mademoiselle Blanche
haqqında hər şey məlumdu, lakin fransızından ayrıla bilməz,
ona görə də mademoiselle Blanche ilə gəzməyə risk eləyir.
İnanın ki, başqa heç bir təsir onu mademoiselle Blanche ilə
gəzməyə, mənə yazdığı məktubda barona toxunmamaq üçün
yalvarmağa məcbur eləyə bilməzdi. Burda məhz qarşısında
hamının baş əydiyi həmin təsir olmalıdı! Elə özü də məni
baronun üstünə saldı! Lənət şeytana, burda heç nəyi ayırd
eləmək olmur.
www.vivo-book.com
114
– Siz unudursunuz ki, bu mademoiselle Cominges
generalın nişanlısıdı, ikincisi isə miss Polinanın – generalın
qızlığının balaca qardaş-bacısı da var. Onlar həm də
generalın – bu tamamilə dəli adamın atdığı, üstəlik, deyəsən
qarət elədiyi uşaqlarıdılar.
– Hə, hə! Bu belədi! Uşaqları buraxıb getmək – deməli,
onları tamamilə atmaq, qalmaq – deməli, onların maraqlarını
qorumaq, bəlkə də elə mülk parçasını xilas eləmək. Hə, hə,
bütün bunlar həqiqətdi! Amma hər halda, hər halda! Eh,
başa düşürəm, niyə onların hamısı nənəciyəzlə belə
maraqlanırlar!
– Kim barədə? – mister Astley soruşdu.
– Ölməyi haqqında teleqram gözlədikləri Moskvadakı
o qara ifritə haqqında.
– Şübhəsiz, bütün maraqlar onda birləşib. Məsələ
mirasdadı! Miras peyda olacaq və general evlənəcək; miss
Polina da sərbəst olacaq, De-Qriyesə…
– Hə, bəs De-Qriye…
– De-Qriyeyəsə pul ödənəcək; o yalnız buna görə burda
yaşayır.
|