Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə52/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   48   49   50   51   52   53   54   55   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
105 
oturub qulaq asırdı; amma mən fransız barədə danışanda, o, 
qəfildən sözümü kəsdi, ciddi tərzdə soruşdu:
– Bu haqda başqa vəziyyətdə xatırlatmağa hüququm 
varmı?
Mister Astley həmişə sualları çox qəribə verirdi. 
– Siz haqlısınız: qorxuram ki, yox, – cavab verdim. 
– Bu markiz barədə və miss Polina barədə təkcə 
ehtimallardan başqa dəqiq bir şey deyə bilməzsiniz? Mən 
yenə mister Astley kimi belə utancaq adamdan bu cür qəti 
suala təəccübləndim. 
– Yox, dəqiq heç nə, – cavab verdim, – əlbəttə, heç nə. 
– Əgər belədisə, onda siz təkcə bu haqda mənimlə 
danışmaqda yox, həm də özünüzdə bu barədə 
fikirləşdiyinizə görə, çox pis iş görmüsünüz. 
– Yaxşı, yaxşı! Boynuma alıram; amma indi məsələ 
bunda deyil, – öz-özlüyümdə təəccüblənib sözümü kəsdim. 
Burda mən ona təfərrüatıyla bütün dünənki əhvalatı –
Polinanın nəzakətsizliyini, mənim baronla macəramı, 
istefamı, generalın qeyri-adi qorxaqlığını danışdım, nəhayət, 


www.vivo-book.com 
106 
De-Qriyenin bu gün yanıma gəlməyini hərtərəfli, bütün 
çalarlarıyla xırdaladım; axırda məktubu ona göstərdim. 
– Siz bundan hansı nəticəni çıxarırsınız? – soruşdum. – 
Mən məhz sizin fikrinizi öyrənməyə gəlmişəm. Mənə 
gəldikdəsə, zənnimcə, bu fransızciyəzi öldürərdim, ola 
bilsin, bunu eləyəcəm. 
– Mən də, – mister Astley dedi. – Miss Polinaya 
gəldikdə isə, onda… bilirsiniz, əgər ehtiyac varsa, biz hətta 
ən nifrət elədiyimiz adamla belə əlaqəyə giririk. Burda sizə 
məlum olmadan, kənar vəziyyətlərdən asılı əlaqələr ola 
bilər. Fikirləşirəm ki, rahat ola bilərsiniz – şübhəsiz, 
müəyyən qədər. Polinanın dünənki hərəkətinə gəldikdə isə
bu əlbəttə, qəribədi, ona görə ki, o sizdən can qurtarmaq 
istəyib, baronun dəyənəyinin altına göndərib (dəyənəyi 
bilmirəm, nəyə görə, əslində olsa da, istifadə eləməyib), ona 
görə ki, belə hərəkət belə, belə gözəl qadın üçün yaxşı şey 
deyil. Şübhəsiz, o, əvvəlcədən bilməzdi ki, siz dərhal onun 
gülməli arzusunu yerinə yetirərsiniz… 
– Bilirsiniz, nə var? – qəfildən diqqətlə mister Astleyə 
baxıb qışqırdım, – mənə aydın olur ki, siz artıq hər şey 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin