www.vivo-book.com
103
– Deyin, birincisi, niyə bütün bunları bilirsiniz, –
təəccüblə soruşdum, – doğrudanmı, bütün bunlar hamıya
məlumdu?
– O-o, yox, hamıya
məlum deyil; həm də məlum
olmağa da dəymir. Heç kəs danışmır.
– Bəs niyə siz bundan xəbərdarsınız?
– Bilirəm, daha doğrusu, təsadüfən öyrənmək imkanı
tapdım. İndi siz burdan hara gedəcəksiniz? Mən sizi
sevirəm. Ona görə də yanınıza gəldim.
– Gözəl insansınız, mister Astley, – dedim (bununla
belə, məni həddən artıq heyrətləndirdi: o hardan bilir?), mən
qəhvə
içmədiyim kimi, elə siz də yəqin ki, yaxşı
içməmisiniz, buna görə də sizə hər şeyi danışaram və … Siz
də mənə danışarsınız. Kafe yüz addımlıqdaydı. Bizə qəhvə
gətirdilər, oturduq, mən papiros yandırdım, mister Astley
heç nə çəkmədi, gözlərini
mənə dikib qulaq asmağa
hazırlaşdı.
– Mən heç yerə getmirəm, burda qalıram, – sözə
başladım.
www.vivo-book.com
104
– Mən də əminiydim ki, qalacaqsınız, – mister Astley
təqdiredici tərzdə dilləndi. Mister Astleyin yanına gedəndə,
heç bir niyyətim yoxuydu və hətta Polinaya olan
məhəbbətim haqqında qəsdən danışmaq istəmirdim.
Bütün
bu günlər ərzində ona bu haqda demək olar, bir söz də
deməmişdim. Üstəlik də, o, çox utancağıydı. Mən ilk
baxışdan sezdim ki, Polina onda fövqəladə təəssürat yaradıb,
amma o, heç zaman Polinanın adını dilinə gətirmirdi.
Bununla belə, qəribədi,
qəfildən, indi, lap indicə o oturub,
ciddi, qalay kimi baxışlarını mənə dikdi, məndə bilmirəm,
nədənsə hər şeyi, daha doğrusu, bütün sevgimi, həm də
duyğumu bütün çalarıyla ona danışmaq həvəsi yarandı.
Bütöv bir saat danışdım, bu da mənə həddən artıq ləzzət
verdi, bu haqda birinci dəfəydi ki, söz açırdım!
Onun bəzi
xüsusi alovlu yerlərdə tutulduğunu sezib, qəsdən hekayəmin
coşqunluğunu artırırdım. Bir şeydə günahımı boynuma
alıram: ola bilsin, fransız barədə bəzi artıq sözlər demişəm.
Mister Astley mənimlə üzbəüz hərəkətsiz, bir söz
demədən, səsini çıxarmadan, gözlərimin içinə baxa-baxa