Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə54/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   50   51   52   53   54   55   56   57   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
109 
Blanche bu baronessanın şikayətilə yerli polisdən şəhəri tərk 
etmək təklifi aldı və tərk etdi. 
– Axı necə? 
– O, burada əvvəlcə Barbeariniylə, yaxud nəsə buna 
oxşar tarixi adı olan hansısa italyalıyla peyda oldu. Başdan-
ayağa qızıl üzüklər, brilyantlarla, hətta saxta olmayan 
zinətlərlə bəzənmiş adam idi. Onlar heyrətamiz faytonda 
gəzirdilər. Mademoiselle Blanche trente et quarante-də 
əvvəlcə yaxşı oynayırdı, sonra xoşbəxtlik ondan əməlli-başlı 
yan keçməyə başladı. Xatırlayıram ki, o, bir axşam həddən 
artıq böyük məbləğ uduzdu. Amma ən pisi o oldu ki, un 
bean matın
41
onun knyazı qeybə çəkildi, atlar da, faytonlar 
da yox oldular, hər şey yoxa çıxdı. Otelin borcu dəhşətli 
dərəcədə çox idi. Mademoiselle Zelma – Barberini əvəzinə, 
qəfildən mademoiselle Zelmaya çevrildi – ümidsizliyin son 
həddindəydi. Qışqırığı oteli başına götürmüşdü, ağlını itirib 
paltarlarını cırırdı. Elə bu oteldə bir Polşa qrafı (bütün 
səyahətə çıxan polyaklar qrafdılar) yaşayırdı və paltarını 
41
günlərin bir günü – frans.


www.vivo-book.com 
110 
cıran, gözəl, ətirlə yuyulmuş dırnaqlarıyla pişik kimi üzünü 
cırıb-tökən mademoiselle Zelma ona müəyyən təsir 
bağışladı. Onlar söhbətə girişdilər, naharacan qadın 
sakitləşdi. Axşam qraf onun qoluna girmiş halda vağzalda 
peyda oldu. Mademoiselle Zelma adəti üzrə çox hündürdən 
gülürdü, hərəkətlərində daha sərbəst görünürdü. O, birbaşa 
ruletkada oynayan qadınlar kimi kassaya yaxınlaşanda, 
özlərinə yer almaq üçün oyunçuları çiyinləriylə var gücüylə 
itələmək dərəcəsinə çatdı. Bu, həmin qadınlarda xüsusi bir 
yaraşıqdı. Siz, əlbəttə, belələrini görmüsünüz… 
– Ah, bəli! 
– Heç görməyə belə dəyməz. 
– Abırlı camaatın təəssüfləndiyi kimi, onlar – hər gün 
masanın yanında minfranklıq biletləri xırdalayanlar məhv 
edilmirlər. Bununla belə, pul xırdalamağa ara verən kimi, 
dərhal onlardan uzaqlaşmağı tələb edirlər. Mademoiselle 
Zelma hələ əsginazları xırdalamaqda davam edirdi: ancaq 
oyun onu bədbəxtliyə sürükləyirdi. Fikir verin ki, bu 
xanımlar çox tez-tez xoşbəxtcəsinə oynayırlar; onların 
heyrətamiz dərəcədə özlərini ələ almaq bacarıqları var. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin