Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə49/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   45   46   47   48   49   50   51   52   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
98 
ondan mənim vasitəçim, bir sözlə, sekond-um
38
olmağı 
xahiş eləyəcəm. Bu adam məni sevir və yəqin ki, imtina 
etməyəcək. O, baronun yanına gedəcək. Əgər mən özüm un 
out cnitel – əmsə və nəyləsə subalterne
39
görünürəmsə, hə, 
nəhayət, müdafiəsizəmsə, onda mister Astley lordun, həqiqi 
lordun, baron mister Astleylə nəzakətli olacaq və ona qulaq 
asacaq. Əgər qulaq asmasa, mister Astley bunu özünə şəxsi 
inciklik sayacaq (siz bilirsiniz, ingilislər necə inadkardılar), 
baronun yanına öz adından tanışlarını göndərəcək, onunsa 
yaxşı tanışları var. İndi hesaba vurun, nə alınacaq, bəlkə də 
sizin nəzərdə tutduğunuzdan heç nə çıxmayacaq. Fransız 
açıq-aşkar qorxurdu; doğrudan da, hər şey həqiqətə çox 
oxşayırdı, belə çıxardı ki, mən doğrudan da, nəsə hadisə 
törətmək iqtidarındayam. 
– Amma sizdən xahiş eləyirəm, – o, tam yalvarıcı səslə 
başladı, – bütün bunların başını buraxın! Sizə əməlli-başlı 
ləzzət verir ki, ortadan iş çıxacaq! Sizə duel yox, əhvalat 
38
sekundant – frans.
39
tabeçilikdə


www.vivo-book.com 
99 
lazımdı! Dedim ki, bütün bunların hamısı maraqlı və hətta 
məzəli alınacaq, – bəlkə də can atdığınız kimi, bir sözlə, – 
qalxdığımı və şlyapamı götürdüyümü görüb, sözünü bitirdi, 
– mən bir nəfərdən sizə bu iki kəlməni çatdırmağa 
gəlmişəm, oxuyun – mənə cavabı gözləmək tapşırılıb. 
– Bunu deyib, o, cibindən kiçik, qatlanmış və kinə 
həbiylə yapışdırılmış məktubu çıxarıb mənə verdi. 
Polinanın əliylə yazılmışdı: 
“Mənə belə gəldi ki, bu hadisəni davam etdirmək 
niyyətindəsiniz. Siz incimisiniz və məktəblisayaq hərəkətlər 
eləməyə başlayırsınız. Amma burda xüsusi vəziyyət 
mövcuddu, mən onları sonra sizə bəlkə də izah eləyəcəm; 
sizsə, zəhmət olmasa, başını buraxın və sakit olun. Bütün 
bunlar axmaqlıqdı! Siz mənə lazımsınız, özünüz tabe 
olmağa söz vermisiniz. Şlagenberqi xatırlayın. Qulaq asmağı 
sizdən xahiş eləyirəm, əgər lazımdırsa, əmr eləyirəm. Sizin 
P. 
P.S. Əgər dünənkinə görə mənə acığınız tutubsa, onda 
bağışlayın”.



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin