www.vivo-book.com
97
razılaşın, əgər sizə desələr: “Mən əlbəttə, qulağınızı çəkmək
istəmirəm, amma görüntü xətrinə icazə verin, qulağınızdan
dartım…” Axı, bu demək olar, eyni şey deyilmi?
– Əgər belədisə, əgər heç bir xahiş sizə təsir eləmirsə, –
o, ciddi və lovğa halda sözə başladı, – onda icazə verin, sizi
inandırım ki, ölçü götürüləcək. Burda müdiriyyət var, sizi
elə bu gün çölə atacaqlar, – qui diable! Un blan-bec comme
vous
37
baron kimi şəxsiyyəti duelə çağırmaq istəyir! Həm
də fikirləşirsiniz ki, rahat buraxacaqlar? Ona da inanın,
burda sizdən heç kəs qorxmur!
Əgər mən xahiş elədimsə,
ancaq öz istəyimlə elədim.Ona görə ki, siz generalı narahat
eləmisiniz. Həm də doğrudanmı, fikirləşirsiniz ki, baron sizi,
sadəcə, nökər kimi qovmağı tapşırmayacaq?
– Hə, axı, mən özüm getməyəcəm, – fövqəladə
sakitliklə
cavab verdim, – səhv eləyirsiniz monsieur De-
Qriye, bütün bunlar sizin fikirləşdiyinizdən yaxşı keçəcək.
Mən bunu, elə indi mister Astleyin yanına yollanacağam və
37
lənət şeytana! Sizin təki südəmər – frans.