www.vivo-book.com
89
Səhər tezdən olmasına
baxmayaraq, elə həmin dəqiqə
bizim lap yaxınlığımızda yerləşən “d’Angleterre” otelinə,
mister Astleyin yanına getmək qəsdindəydim ki, birdən De-
Quriye otağıma girdi. Heç vaxt belə şey olmamışdı, üstəlik
də, bu cənabla gərgin münasibətdəydim. O, açıq-aşkar
özünün mənə sayğısızlığını gizlətmirdi,
hətta gizlətməyə
belə çalışmırdı: mənimsə ona hörmət eləməmək üçün öz
səbəblərim vardı. Bir sözlə, De-Qriyeyə nifrət eləyirdim.
Onun gəlişi məni çox təəccübləndirdi. O dəqiqə anladım ki,
burda nəsə xüsusi bir iş var.
O, çox lütfkarlıqla
içəri girdi, otağımla bağlı mənə
kompliment dedi. Əlimdə şlyapa durduğumu görüb soruşdu
ki, məgər gəzməyə belə tez gedirəm? İş üçün mister
Astleyin yanına getdiyimi eşidəndə nəsə fikirləşib dərk elədi
və onun sifəti fövqəladə qayğılı görkəm aldı.
De-Qruye bütün fransızlar kimiydi – lazım və sərfəli
olanda dözülməz dərəcədə darıxdırıcıydı,
buna ehtiyac
qalmayanda isə şən olurdu. Fransız nadir hallarda təbii
şəkildə lütfkar olur, o,
həmişə elə bil, əmr üzrə, haqq-
hesabla lütfkarlıq eləyir. Məsələn, fantastik,
orijinal, qeyri-