Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə43/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   39   40   41   42   43   44   45   46   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
86 
bilirsiniz ki! – o, ümidsizcəsinə səsləndi. – Aleksey 
İvanoviç, Aleksey İvanoviç! 
Qapıya doğru gedə-gedə mən yenidən qızğın şəkildə 
narahat olmamağı xahiş elədim, söz verdim ki, hər şey yaxşı 
və gözəl olacaq, sonra isə çıxmağa tələsdim. Bəzən ruslar 
xaricdə 
həddən 
artıq qorxaq olurlar, onlara nə 
deyəcəklərindən, necə baxacaqlarından, bax, bununmu, 
yoxsa bununmu yaxşı olub-olmayacağından həddən artıq 
qorxurlar, bir sözlə, özlərini elə bil, konsertdə saxlayırlar, 
xüsusən vacib adam adına iddialı olanlar. Onlardan ötrü ən 
istənilən biri – qabaqcadan müəyyən olunmuş yanlış fikrə 
əsaslanan, kölə kimi əməl elədikləri birdəfəlik müəyyən 
olunmuş forma var – otellərdə, gəzintilərdə, yığıncaqlarda, 
yollarda… Amma general ağzından qaçırtdı ki, onun bütün 
bunlardan başqa hansısa xüsusi vəziyyəti var, o özünü necə 
olur olsun “xüsusi saxlamalıdı”. Elə ona görə də belə 
qəfildən ağciyərliklə həm qorxdu, həm də mənimlə danışıq 
tərzini dəyişdi. Mən bunu nəzərə aldım və qeyd elədim. 
Əlbəttə, o, sabah axmaqlıqdan hansısa hakimiyyət orqanına 


www.vivo-book.com 
87 
müraciət eləyə bilərdi, buna görə də doğrudan da ehtiyatlı 
olmalıyıq. 
Bununla belə, mən heç də öz generalımı incitmək 
istəmirdim; amma indi Polinanı acıqlandırmaq fikrindəydim. 
Polina özü mənimlə qəddar rəftar elədi, özü məni belə 
axmaq yola yönəltdi, bununçün də onu elə bir vəziyyətə 
çatdırmaq istəyirdim ki, dayanmağı məndən şəxsən xahiş 
eləsin. Mənim məktəblisayaq hərəkətim, nəhayət, onu 
gözdən sala bilərdi. Bundan başqa məndə bəzi hiss və 
arzular formalaşmışdı: əgər mən, məsələn, onun qarşısında 
özbaşına yox olaramsa, bu, heç də o demək deyil ki, 
adamların qarşısında islanmış cücəyəm, təkcə baron “məni 
dəyənəklə vurmayacaq”. Bütün bunları ələ salmaq, həm də 
vəziyyətdən yaxşı çıxmaq istəyirdim. Qoy baxsınlar. Yəqin 
o, qalmaqaldan qorxub məni təzədən səsləyəcək. Səsləməsə 
də, hər halda görəcək ki, mən islanmış toyuq deyiləm…
(Heyrətamiz xəbərdi: elə indicə dayəmizdən eşitdim ki, 
pilləkəndə rastlaşdığım Marya Filippovna bu gün axşam 
qatarıyla tək-tənha Karlsbada, əmisi qızının yanına gedib. 
Bu nə işdi belə? Dayə deyir, o, çoxdan hazırlaşırdı; ancaq 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin