www.vivo-book.com
93
müdafiə qabiliyyəti olmayan, danışmağa da dəyməyən adam
kimi
etinasızlıq
göstərdi.
Əlbəttə,
mən
özümü
ədalətsizcəsinə incidilmiş adam sayıram: lakin yaş fərqini,
cəmiyyətdəki mövqeyini və sairəni (gülməyimi zorla
saxladım)
başa düşərək, üzərimə üstəlik, yeni arsızlığı
götürmək, daha doğrusu, barondan birbaşa tələb etmək,
yaxud ona razılıq təklif eləmək istəmirəm. Bununla yanaşı
özümü ona, xüsusilə də baronessaya üzrxahlığımı
çatdırmaqda tamamilə haqlı sayıram. Xüsusən, ona görə ki,
doğrudan da, axır vaxtlar özümü xəstə, kefsiz, necə deyərlər,
fantastik və sair hiss eləyirəm.
Ancaq baron generala
dünənki xoşagəlməz müraciətlə, generalın məni yerimdən
məhrum eləməsi üçün inad göstərməklə,
məni elə bir
vəziyyətə qoyub ki, indi mən ona və baronessaya
üzrxahlığımı çatdıra bilmərəm. Çünki hər ikisi yəqin
fikirləşəcəklər ki, öz yerimi geri almaq üçün qorxumdan üzr
istəməyə gəlmişəm. Bundan belə çıxır ki, mən indi barondan
əvvəlcə özünün mənim qarşımda
ən ölçülü-biçili ifadələrlə
üzr istəməyini tələb eləməyə məcburam. Məsələn, deyə bilər
ki, o, heç də məni incitmək istəmirmiş. Nə vaxt ki baron