www.vivo-book.com
69
– Sizinlə heç də o haqda danışmıram, sizə sual
vermişəm, cavab gözləyirəm.
–
Şübhəsiz ki, öldürərəm, – qışqırdım. – Bircə kimisə
öldürməyi
əmr eləyin; amma bəyəm, bunu bacararsınız…
bəyəm bunu əmr eləyərsiniz?
– Bəs nə fikirləşirsiniz, sizə rəhmim gələcək? Əmr
eləyərəm, özüm də qıraqda qalaram. Buna dözərsinizmi?
Yox ey, sizlik deyil! Əlbəttə,
əmrə görə öldürəcəksiniz də,
sonrasa sizi göndərməyə cəsarət elədiyimə görə, məni də
öldürməyə gələcəksiniz.
Bu
sözləri eşidəndə elə bil, nəsə beynimə vurdu.
Əlbəttə, onda da onun sualını yarızarafat, məni cinləndirmək
üçün dediyini zənn edirdim; amma hər halda, həddən artıq
ciddi danışırdı. Bununla belə, heyrətləndim ki, o, niyə belə
dedi, guya mənim üzərimdə hansısa hüquqa malikdi, mənim
üzərimdəki bu hökmranlıqla razılaşıb açıq-aşkar deyir:
“Ölümə get, mənsə, kənarda qalacağam”. Bu sözlərdə nəsə,
həyasız, çılpaq bir şey vardı
və məncə, həddən artıq
dözülməziydi. Bəs necə olsun, bundan sonra mənə necə
baxacaq? Bu artıq köləlik
və heçlik həddini keçdi, bütün