Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə29/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   25   26   27   28   29   30   31   32   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
58 
ruletkada uduşa əmin olduğunuz barədə uzun-uzadı 
danışdınız, məni inandırmağa çalışdınız ki, sizə dəli kimi 
baxmayım, yoxsa onda zarafat eləyirdiniz? Amma 
yadımdadı, elə ciddi danışırdınız ki, heç cür zarafat saymaq 
olmazdı. 
– Bu doğrudu, – fikirli-fikirli cavab verdim, – mən 
indiyəcən tam əminəm ki, udacağam. Hətta sizə etiraf 
eləyirəm ki, indi məni bir suala gətirib çıxardınız: niyə məhz 
bugünkü qeyri-ciddi, biabırçı uduzmağım məndə heç bir 
şübhə yeri qoymadı? Hər halda, tamamilə əminəm ki, özüm 
üçün azca oynamağa başlayan kimi mütləq udacağam. 
– Axı, siz niyə belə yəqin inam bəsləyirsiniz? 
– Əgər bilmək istəyirsinizsə – bilmirəm. Yalnız onu 
bilirəm ki, udmalıyam, bu da yeganə çıxış yolumdu. Bax, 
bəlkə də elə buna görə mənə elə gəlir ki, mütləq udmalıyam. 
– Belə çıxır ki, əgər ağlagəlməz dərəcədə əminsinizsə, 
sizə pul həddən artıq lazımdı. 
– Girov barədə qorxuram ki, siz şübhə eləyirsiniz, mən 
ciddi ehtiyacı duymaq iqtidarındayammı? 


www.vivo-book.com 
59 
Bunun mənə dəxli yoxdu, – Polina sakitcə və 
laqeydcəsinə cavab verdi. –Hə, sizə nəyinsə ciddi əzab 
verdiyinə şübhə eləyirəm. Siz əzab çəkə bilərsiniz, amma 
ciddi əzab çəkə bilməzsiniz. Siz intizamsız, formalaşmamış 
adamsınız. Pul nəyinizə lazımdır? Onda sizin mənə təqdim 
elədiyiniz bütün dəlil-sübutlarda ciddi bir şey tapmadım. 
– Yeri gəlmişkən, – sözünü kəsdim, – deyirdiniz ki, 
borcu qaytarmalısınız. Yaxşı, deməli, borc? Yoxsa fransıza 
qaytarmalısınız? 
– Bu nə suallardı? Siz bu gün xüsusilə, kəskin 
danışırsınız. Yoxsa, doğrudan da, keflisiniz? 
Bilirsiniz ki, mən özümə hər şeyi danışmağı rəva 
görürəm, bəzən də çox açıq şəkildə soruşuram. Təkrar 
eləyirəm, mən sizin kölənizəm, kölələrsə utanmırlar və kölə 
təhqir eləyə bilməz. 
– Bütün bunlar cəfəngiyatdı! Mən sizin bu “kölə” 
nəzəriyyənizə dözə bilmərəm: 
– Yadınızda saxlayın ki, mən sizin köləniz olmağı 
arzuladığıma görə öz köləliyim barədə danışmıram, əksinə, 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin