Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə11/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   7   8   9   10   11   12   13   14   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
22 
yanında soyunan o qədim imperatriça kimi baxırdı. Bəli, o, 
dəfələrlə məni adam saymamışdı… 
Amma onun mənə tapşırığı vardı – nə olur olsun
ruletkada udmalıydım. Fikirləşməyə vaxtım yox idi: təcili 
nəyə görə və necə udmaq lazımlıydı, elə hey haqq-hesab 
eləyən bu başda hansı yeni mülahizələr doğulmuşdu? 
Üstəlik, bu iki həftə ərzində, görünür, saysız-hesabsız yeni 
faktlar artmışdı, bu faktlardan hələ xəbər tutmamışdım. 
Bütün bunları tapmaq, hər şeyin canına varmaq lazımlıydı, 
həm də mümkün qədər tez. Amma indi hələlik vaxt yox idi: 
ruletkaya getmək lazımıydı.
II FƏSİL
Boynuma alıram, bu xoşuma gəlmirdi; baxmayaraq, 
qərara gəlmişdim ki, oynayacağam, amma heç də başqaları 
üçün oynamağa başlamaq niyyətində deyildim. Bu hətta 
məni bir qədər çaşdırmışdı, oyun zallarına da çox dilxor 


www.vivo-book.com 
23 
ovqatla girdim. Mənə orda ilk baxışdan heç nə xoş gəlmədi. 
Bütün dünyanın və daha çox bizim rus qəzetlərinin 
felyetonlarındakı bu yaltaqlığa dözə bilmirəm; o qəzetlərdə 
demək olar, hər yaz felyetonçular iki şey barədə söhbət 
açırlar: birincisi, Reyn üzərindəki şəhərlərin oyun 
zallarındakı dəbdəbə bolluğundan, ikincisi, guya masaların 
üstündə yığılan qızıl tığlarından. Axı buna görə onlara pul 
vermirlər ki; elə-belə, sadəcə, təmənnasız yarınmaq 
ucbatından söhbət açırlar. Bu uçuq-sökük zallarda heç bir 
cah-calal yoxdu, qızılsa, nəinki masaların üstündə tığ 
vurmur, əksinə nadir hallarda gözə dəyir. Əlbəttə, nə vaxtsa, 
mövsüm davam eləyəndə, qəfildən qəribə bir adam, ya 
ingilis, ya da bu yay olduğu kimi, asiyalı, türk peyda olur və 
birdən-birə uduzur, yaxud çoxlu pul udur; qalanlarsa elə hey 
xırda quldenlərlə oynayırlar, orta hesabla masanın üstündə 
həmişə çox az pul olur. Oyun zalında indicə (ömrümdə ilk 
dəfə), hələ bir müddət oynamamağı qət eləmişdim. Üstəlik 
də kütlə məni sıxırdı. Bununla belə əgər tək olsaydım, onda 
elə 
fikirləşirəm, 
tezliklə 
çıxıb 
gedərdim, 
oyuna 
başlamazdım. Boynuma alıram, ürəyim çırpınırdı və 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin