www.vivo-book.com
14
– Bu ola bilməz, – fransızciyəz kükrədi, – fransız əsgəri
uşağa güllə atmaz!
– Halbuki bu həqiqətən məhz belə olmuşdu, – cavab
verdim. – Bunu mənə istefada olan möhtərəm kapitan
danışıb, özüm də onun üzündəki güllə yarasını görmüşəm.
Fransız uzun-uzadı və tələsik danışmağa başladı.
General qahmar çıxmaq istəyirdi, amma mən ona heç
olmasa on ikinci ildə fransızların əsiri olan general
Perovskinin “Qeydlər”indən parça oxumağı tövsiyə elədim.
Nəhayət, Marya Filippovna söhbəti kəsməkdən ötrü nə
haqdasa danışdı. General məndən çox narazıydı, ona görə ki,
biz artıq fransızla az qala qışqırmağa başlamışdıq. Ancaq
görünür, mənim fransızla mübahisəm mister Astleyin çox
xoşuna gəlmişdi. O, masanın arxasından qalxıb mənə onunla
bir qədəh şərab içməyi təklif elədi.
Axşam gözlənildiyi kimi, Polina Aleksandrovnayla on
beş dəqiqə söhbət eləyə bildim. Söhbətimiz gəzintidə baş
verdi. Hamı vağzalın yanındakı parka getmişdi. Polina
fəvvarə ilə üzbəüz oturacaqda əyləşdi, Nadenkanı isə,
www.vivo-book.com
15
yaxınlıqdakı uşaqlarla oynamağa buraxdı. Mən də Mişanı
fəvvarənin yanına göndərdim, nəhayət, biz tək qaldıq.
Əvvəlcə şübhəsiz, işlər haqqında danışmağa başladıq.
Mən ona cəmi-cümlətanı yeddi yüz qulden verəndə, Polina
sadəcə, hirsləndi. Əminiydi ki, mən Parisdə onun
brilyantlarını girov qoyub, ən azı iki min, yaxud daha artıq
qulden gətirəcəyəm.
– Nə olur olsun, mənə pul gərəkdi, – o dedi, – o pulları
əldə eləmək lazımdı, yoxsa mən, sadəcə, məhv olacam.
Mən burada olmayanda, onun nəylə məşğul olduğu
barədə sorğu-sual eləməyə başladım.
– Peterburqdan iki xəbər aldıq. Əvvəlcə xəbər çıxdı ki,
nənəmin vəziyyəti çox pisdi, iki gündən sonrasa məlum oldu
ki, deyəsən, arvad artıq ölüb. Başqa heç nə. Timofey
Petroviç xəbər göndərmişdi, – Polina əlavə elədi. – O isə
dəqiq adamdı. Axırıncı, qəti xəbəri gözləyirik.
– Beləliklə, burda hamının qulağı səsdədi? – soruşdum.
– Əlbəttə, hər şey və hamı; düz yarım ildi, yalnız buna
ümid eləyirik.
– Siz də ümid eləyirsiniz?
|