www.vivo-book.com
8
girəndə ingilis şəfəq kimi alışıb yandı. O, masa arxasında
mənim onunla yanaşı oturduğuma çox şad idi. Deyəsən,
artıq məni özünə yaxın dost sayırdı.
Masa arxasında fransızciyəz qeyri-adi hərəkətlər
eləyirdi: o, hamıyla etinasız, lovğa davranırdı. Moskvadasa,
yadımdadı, boş-boş qırıldadırdı. O, maliyyə və rus siyasəti
haqqında dəhşətli dərəcədə çox danışırdı. General arabir əks
fikirlər söyləməyə cəsarət eləyirdi – amma ciddiyyətlə,
yalnız öz vüqarını büsbütün itirməmək üçün.
Mən qəribə ovqatdaydım, şübhəsiz, hələ naharın
yarısınacan özümə adi, həmişəki sualımı verməyə fürsət
tapmışdım: – Bu generalla vaxtımı niyə öldürürəm, elə
əvvəlcədən onlardan niyə aralanmıram?
Hərdənbir Polina Aleksandrovnaya göz qoyurdum; o
mənə qəti baxmırdı. Axırı bu oldu ki, əməllicə acıqlandım,
kobudluq eləməyi qərara aldım.
Hər şey ondan başladı ki, qəfildən yersiz-filansız,
ucadan, icazə istəmədən başqalarının söhbətinə qarışdım.
Başlıcası, fransızciyəzlə dalaşmaq istəyirdim. Üzümü
generala çevirdim, birdən tamamilə ucadan və aydın şəkildə,
www.vivo-book.com
9
həm də deyəsən, onun sözünü kəsib dedim ki, bu yay ruslara
otellərin ümumi masaları arxasında nahar eləmək qətiyyən
olmaz. General təəccüblü baxışlarını mənə dikdi.
– Əgər özünüzə hörmət eləyən adamsınızsa, – sözümə
davam elədim, – onda mütləq söyüşə görə üzr istəməlisiniz,
fövqəladə təhqirlərə də dözməlisiniz. Parisdə və Reyndə,
hətta İsveçrədə ümumi masalar arxasında o qədər çox
polyakcığazlar, onlara ürəyi yanan fransızciyəzlər var ki…
Əgər, yalnız siz russunuzsa, bir söz deməyə imkan yoxdu.
Bunları fransızca dedim. General hirslənmək, yoxsa
yalnız heyrətlənmək lazım olduğunu bilmədən çaşqınlıq
içində mənə elə baxdı ki, özümü itirdim.
– Deməli, sizi kimsə, hardasa öyrədib, – fransızciyəz
etinasızlıqla və nifrətlə dilləndi.
– Mən Parisdə əvvəlcə bir polyakla sözləşdim, – cavab
verdim, – sonra polyaka kömək çıxan fransız zabitiylə.
Sonra onlara monsinyorun
7
qəhvəsinə necə tüpürmək
7
Fransadakı katolik arxiyepiskopların və yepiskopların titulu
|