Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə5/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   2   3   4   5   6   7   8   9   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
10 
istədiyimi danışanda, artıq fransızların bir hissəsi mənim 
tərəfimə keçdi. 
– Tüpürmək? – General vüqarlı çaşqınlıqla, hətta 
gözlərini döyə-döyə soruşdu. Fransızciyəz məni inamsızlıqla 
süzürdü. 
– Elə beləcə, – cavab verdim. – Belə ki, iki gün tamam 
əmin idim ki, bəlkə də bizim işlərimizə görə bir dəqiqəliyə 
Romaya yola düşmək lazım gələcək, elə ona görə də 
pasportuma viza vurdurmaq üçün müqəddəs atamın 
Parisdəki səfirliyinin dəftərxanasına
8
getdim. Orda məni əlli 
yaşlarında arıq və soyuq üzlü abbatcığaz qarşıladı və 
hörmətlə, amma həddən artıq quru görkəmlə qulaq asıb 
gözləməyi xahiş elədi. Tələssəm də, əlbəttə, gözləmək üçün 
8
İtaliyanın Papa (Roma) vilayəti 1870-ci ilədək Roma 
papasının başçılıq elədiyi müstəqil dövlət idi və başqa 
ölkələrdə öz diplomatik nümayəndəlikləri vardı


www.vivo-book.com 
11 
oturdum. “Orinion nationale”-ni
9
çıxardım və Rusiyaya qarşı 
çox dəhşətli söyüşləri oxumağa başladım. Arada kiminsə 
qonşu otaqdan monsinyorun yanına necə keçdiyini eşitdim; 
mən abbatımın nə cür salamlaşdığını gördüm. Ona əvvəlki 
xahişimlə müraciət etdim; o daha quru görkəmlə yenə 
gözləməyi xahiş elədi. Bir az keçəndən sonra daha bir 
tanımadığım adam – hansısa avstriyalı – iş üçün içəri girdi. 
Onu dinlədilər, dərhal da yuxarı ötürdülər. Onda yaman 
acığım tutdu; qalxdım, abbata yaxınlaşdım və qətiyyətlə 
dedim ki, monsinyor başqalarını qəbul elədiyi kimi məni də 
yola sala bilər. Qəfildən abbat məndən qeyri-adi təəccüblə 
üz döndərdi. Sadəcə, o anlaya bilmirdi ki, miskin bir rus 
özünü monsinyorun qonaqlarıyla eyniləşdirməyə necə 
cəsarət eləyir. Elə bil təhqir eləyə biləcəyindən sevinə-
sevinə ən abırsız görkəmlə məni başdan-ayağacan süzüb 
bağırdı: “Doğrudanmı, elə fikirləşirsiniz ki, monsinyor 
9
“Xalqın fikri” Polşadakı çar hökumətinin mütləqiyyət 
siyasətini tənqid eləyən liberal-müxalifət fransız qəzeti 
– tərc.)



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin