www.vivo-book.com
6
səkkiz min frankları var; bu da m-lle Blanche üçün həddən
artıq azdı.
M-lle Blanche anasıyla birgə bizim oteldə qalır;
fransızciyəzimiz də hardasa elə burdadı. Nökərlər onu “m-r
lu comte”
4
çağırırlar, m-le Blanche-nin anası “m-mlle la
comtecce”
5
çağırılır; neynək, bəlkə doğrudan da onlar
comte et komtesse-dilər. Mən elə belə də bilirdim ki, nahar
masası arxasında yığışanda m-r le comte məni tanımayacaq.
General, əlbəttə, bizi tanış etməyi, yaxud heç olmasa, məni
ona təqdim eləməyi, qəti fikirləşməzdi də; amma m-r le
comte özü Rusiyada olmuşdu və onların outchitell
adlandırdıqları quşun necə balaca olduğunu bilir. Bununla
belə, o məni çox yaxşı tanıyır. Amma boynuma alım, axı
mən nahara da çağırılmamış gəlmişdim; görünür, general
tapşırıq verməyi yadından çıxarmışdı, yoxsa yəqin ki, məni
4
c-b qraf – fransızca
5
x-m, qrafinya – fransızca
www.vivo-book.com
7
table do not
6
arxasında nahar eləməyə göndərərdi. Mən
özbaşına gəlmişdim, ona görə də general üzümə narazılıqla
baxdı. Ürəyiyumşaq Marya Filippovna dərhal mənə yer
göstərdi; amma mister Astleylə görüş məni xilas elədi,
özümdən asılı olmayaraq onların cəmiyyətinə qoşuldum. Bu
qəribə ingilislə mən əvvəlcə Rusiyada rastlaşmışdım,
bizimkilərin
arxasınca
gedəndə
vaqonda
üzbəüz
oturmuşduq; sonra onunla Fransaya gedəndə, nəhayət,
İsveçrədə qarşılaşdıq; bu iki həftə ərzində iki dəfə. İndisə
budu, qəfildən ona artıq Ruletenburqda rast gəldim.
Ömrümdə heç zaman ondan artıq utancaq adamla üz-üzə
gəlməmişdim; o, sarsaqcasına utancaqdı, əlbəttə, bunu özü
də bilir, ona görə ki, heç də axmaq deyil. Bununla belə, çox
sevimli və sakit adamdı. Rusiyadakı ilk görüşümüzdə onu
danışmaq zorunda qoydum. O, mənə bəyan elədi ki, bu yay
Nord-Kapdaymış və Nijeqorod yarmarkasında olmağı çox
istəyirmiş. Bilmirəm, generalla necə tanış olub; mənə elə
gəlir ki, o, Polinaya əməlli-başlı vurulub. Polina içəri
6
ümumi masa – fransızca
|