10
Əlavə №1
Antenatal xidmət müəssisələrində tibb işçilərinin
məsləhətvermə səriştəsi
Məsləhətvermə dedikdə, məsləhət
üçün müraciət edən şəxsin
hisslərini, hissiyyatını, tələblərini və ehtiyaclarını nəzərə almaqla onun
məlumatlı qərar qəbul etməsinə yönəldilmiş ünsiyyət nəzərdə tutulur.
Məsləhətvermə fərdi olaraq bir şəxslə və ya qrupla aparıla bilər.
Qərarı tibb işçisi deyil, ailə cütlüyü qəbul etməlidir. Ailəyə
məsləhətvermə fərdi məsləhətvermənin bir növüdür.
Tibb işçisi ünsiyyət qurmaq və məsləhətvermə bacarığına malik
olmalıdır. Ünsiyyət davranışın pozitiv
dəyişmə prosesinin vacib
komponentidir.
Məsləhətvermə zamanı qərarı qadının özü qəbul edir və bu qərar
onun məlumatlılığına əsaslanır.
Tibb işçisi qadına düzgün məlumatı tam şəkildə çatdırmalı, qadının
əvəzinə bu və ya digər xidmət və ya
müayinə metoduna üstünlük
verməklə seçim etməməlidir. Seçim qadının özü tərəfindən edilməlidir.
Dostları ilə paylaş: