11
9
söhbət əsnasında dəyərləndirici sözlərdən istifadə etmir və qəti fikir
söyləmir.
U
İlk məsləhətvermə 30-40 dəqiqə müddətində aparılır.
Məsləhətvermə zamanı:
►
Anamnez toplanır
9
həyat anamnezi. Keçirilmiş xəstəliklərə xüsusi diqqət yetirilir
(hipertenziya, psixi
xəstəliklər, onkoloji xəstəliklər, şəkərli diabet,
autoimmun xəstəliklər, irsi xəstəliklər, cərrahi müdaxilələr). Ailə
anamnezi;
9
ginekoloji anamnez. Menarxe, axırıncı aybaşı vaxtı, əvvəlki
hamiləliklərin, doğuşların sayı, gedişi (preeklampsiya, 3 və ya daha
artıq özbaşına düşük, gec düşük), mamalıq əməliyyatları, doğuş
zamanı və doğuşdan sonrakı dövrdə qanaxma, uşaqlıq yolunun III
dərəcəli cırığı, qıcolma, ölüdoğulma və ya
yenidoğulmuşun
doğulduqdan sonra I sutkada ölümü, əvvəlki hamiləliklər, doğuş və
doğuşdan sonrakı dövrdə psixoz, uşaqda anadangəlmə inkişaf
qüsurları, bətndaxili inkişafın
ləngiməsi;
9
zərərli vərdişlərin mövcudluğu və qadının əmək fəaliyyətinin növü
barədə məlumat. Sosial-iqtisadi amillər;
9
Rubella, HİV, hepatit B, sifilis aşkar etmək məqsədilə
müayinələrin aparılması barədə məlumat
►
Birinci gəliş zamanı qadına hamiləliyin
fizioloji gedişi və
hamiləlik dövründə orqanizmdə gedən dəyişikliklər barədə
məlumat verilir. Hamilənin ev kartası və onun doldurulma
qaydaları ilə hamiləni tanış etmək lazımdır.
►
Axırıncı aybaşı tarixinə əsasən doğuşun güman edilən vaxtı təyin
olunur. Əgər sonuncu aybaşının tarixi məlum deyilsə, hamilə
qadından dölün ilk tərpənməsini nə vaxt
hiss etdiyini soruşmaq
və uşaqlıq dibinin hündürlüyünü ölçmək lazımdır (hamiləliyin
16-18-ci həftəsinə qədər USM hestasiya müddətini dəqiqləşdirə
bilər). Hamilə qadına doğuşun güman edilən vaxtının təxmini
olduğu barədə məlumat vermək lazımdır.
►
Növbəti gəlişin vaxtı və hansı hallarda təxirə salmadan tibb
müəssisəsinə müraciət etməyin vacib olduğu barədə məlumat
vermək.
12
Aşağıdakı hallarda təxirə salmadan
tibb müəssisəsinə müraciət
etmək lazımdır:
9 uşaqlıq yolundan qanaxma
9 qıcolma tutması
9 görmənin pozğunluğu ilə müşayiət olunan güclü baş ağrıları
(D)
9 yüksək hərarət və ya üşütmə
9 qarın nahiyəsində intensiv ağrı
9 epiqastral və ya sağ qabırğaaltı nahiyədə ağrı
9 təngnəfəslik və ya çətinləşmiş tənəffüs
9 sidik ifrazının azalması (sutka ərzində 400 ml-dən az)
9 dölün hərəkət aktivliyinin kəskin dəyişməsi
9 qəflətən meydana çıxan ödemlər, xüsusilə üz və oma
nahiyəsində (D)
►
Risk qrupuna daxil olan hamilələrə fərdi protokol üzrə əlavə
qulluq tələb olunur. Risk qrupuna daxildir:
Dostları ilə paylaş: