Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə74/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   70   71   72   73   74   75   76   77   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: Ə.Dəmirçizadə, Azərbaycan dilçiliyi, fonetika, leksika, dil tarixi.
ÜLVİYYƏ İBRAHİMOVA 
Bakı Dövlət Universiteti (bakalavriat)
 
ƏBDÜLƏZƏL DƏMİRÇİZADƏNİN ELMİ YARADICILIĞINDA AZƏRBAYCAN DİLİNİN FONETİK 
VƏ QRAMMATİK QURULUŞU
 
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbdüləzəl Dəmirçizadə Azərbaycan 
dilçiləri arasında geniş elmi maraq dairəsi ilə seçilən alimlərdən biri olmuşdur. O, 1933-cü ildə Bəkir Çobanzadə 
tərəfindən aspiranturaya dəvət olunmuş, o vaxtdan etibarən həyatını elmi fəaliyyətə bağlamışdır. Ə.Dəmirçizadə 
Azərbaycan dilinin fonetikası, orfoepiyası, orfoqrafiyası, morfologiyası, etimologiyası və üslubiyyatı sahələrinə 
dair elmi tədqiqat işləri aparmışdır. 200-dən çox elmi əsərin müəllifi olan alimin yaradıcılığında Azərbaycan 
dilinin tarixi problemlərinin tədqiqi də üstünlük təşkil edir. Belə ki, o, Azərbaycan dilçiliyində Azərbaycan 
dilinin tarixi sahəsinin yaradıcılarındandır.
Ə.Dəmirçizadə müasir Azərbaycan dilinin fonetika və qrammatikası sahəsində də tanınmış 
tədqiqatçılardan biridir. Alimin “Müasir Azərbaycan dili. Cümlə üzvləri”, “Müasir Azərbaycan dilində sadə 
cümlələr”, “Müasir Azərbaycan dilinin fonetikası”, “Azərbaycan dili orfoepiyasının əsasları” adlı əsərləri 
dilimizin fonetik və qrammatik quruluşunun tədqiqinə həsr olunmuşdur. Müəllifin Azərbaycan dilinin fonetik 
quruluşuna aid yazdığı əsərləri arasında “Müasir Azərbaycan dilinin fonetikası” adlı əsəri əsas yer tutur. Əsər 
1960-cı ildə çap olunmuş, müəllif sonralar bu əsəri yenidən işləyib təkmilləşdirmiş, “Müasir Azərbaycan dili” 
adı altında təkrar çap etdirmişdir. Dövlət mükafatına layiq görülmüş bu kitab Azərbaycan dilinin fonetik 
quruluşuna həsr olunmuş ən təkmil və mükəmməl əsərlərdən biridir. Bu əsərdə Azərbaycan dilinin fonetik 
quruluşu; saitlər və samitlər, fonetik qanunlar və hadisələr, orfoepiya və orfoqrafiya qaydaları haqqında ətraflı 
məlumat verilmişdir. 
Ə.Dəmirçizadənin dilçilik fəaliyyətində dilimizin morfoloji quruluşunun tədqiqi nisbətən məhdud yer 
tutur. Müəllifin bu sahədəki fikirləri “Azərbaycan dilinin morfologiyası” və “Azərbaycan dilinə aid tədqiqatlar” 
adlı kitablarında öz əksini tapmışdır. Dilimizin morfoloji quruluşundan danışarkən, alimin cümlə üzvləri 
haqqındakı fikirləri xüsusilə diqqəti cəlb edir. Belə ki, müəllif digər Azərbaycan dilçilərindən fərqli olaraq, 
xəbəri cümlənin baş üzvü, mübtədanı konkretləşdirici, tamamlığı ikinci dərəcəli, təyini isə asılı üzv olaraq qeyd 
edir. Cümlə üzvlərinin belə bir bölgüsünə və səciyyələndirilməsinə Ə.Dəmirçizadədən başqa heç bir dilçidə rast 
gəlinmir. Bundan əlavə, müəllif digər dilçilərin cümlə üzvü olaraq qəbul etmədiyi ara söz, ara cümlə və xitabları 
da cümlə üzvləri kimi qəbul edir.
Sonda onu da qeyd edək ki, Ə.Dəmirçizadənin dilçiliyimizin müxtəlif sahələrinə həsr olunmuş əsərləri 
bu gün də dilçi alimlər və tələbələr tərəfindən stolüstü kitab kimi istifadə edilir.
Açar sözlərƏ.Dəmirçizadə, Azərbaycan dili, dil tarixi, fonetika, qrammatika.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin