Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə77/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   73   74   75   76   77   78   79   80   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: ədəbiyyatşünaslıq, pedaqoji fəaliyyət, filologiya, tədqiqat, alim
 
ALMAZ ƏLİQIZI 
Filologiya elmləri doktoru, professor 
Bakı Dövlət Universiteti 
 
MİR CƏLALIN NƏSRİNDƏ GÜNEY AZƏRBAYCAN PROBLEMİ 
Ədəbiyyatımız tarixində Cənubi Azərbaycan mövzusuna ən qüdrətli sənətkarlarımız müraciət etmişlər. 
Bölünüb-parçalandığımız gündən bütövlük həsrətini təbliğ edən, onun yaddaşlardan silinməsinə imkan 
verməyən məhz ədəbiyyatımız olmuşdur. Təsadüfi deyil ki, hansı siyasi quruluşda yaşamasından asılı 
olmayaraq, ən qüdrətli sənətkarlarımız ürək və qəlb ağrısı ilə bu problemi bədii ədəbiyyata gətirmiş, hər 
sənətkar ona öz lətafət və çalarını vermişdir. 
Bu mövzunun daha qabarıq meydana çıxması, bəlkə də, ikiyə parçalanmış Azərbaycan arasında 
keçilməz dəmir sədlərin sovet dövründə daha da möhkəmləndirilməsindən irəli gəlirdi. Sovet ideologiyası 
Cənubi Azərbaycanda gedən azadlıq və istiqlal mücadiləsini səhv yönə istiqamətləndirə bilirdi. Xalqın böyük 
zəhməti, qəhrəmanlığı, milli mücadiləsi bolşevizm hərəkatı onun ayrı-ayrı liderlərinin adı ilə bağlanır, 
inqilabın Güneyə “ixrac edilməsi” kimi yanlış tendensiya tarixin və xalqın böyük mübarizəsinin 
saxtalaşdırılması ilə nəticələnirdi.
Mir Cəlal yaradıcılığının ilk illərindən ömrünün sonunadək hekayə janrına mühüm önəm verdi. Cənubla 
bağlı hekayələr onun yaradıcılığında çoxluq təşkil etməsə də, müəllifin mövzuya yanaşma tərzi, bəzən onu 
düşündürən problemin əksər bədii əsərlərdə gördüyümüz kimi, hekayənin üst qatında deyil, daha dərin 
qatlarında gizləndiyinin şahidi oluruq. Yazıçının “Məşriq” və “Badam ağacları” hekayələri bu baxımdan daha 
xarakterikdir. Bu hekayələrdə dili bir, qanı bir, inancı, adət-ənənəsi bir olan xalqın ikiyə bölünməsi dərdini Mir 
Cəlal özünəməxsus bir ustalıqla verir. Fikir tariximizdə bu işi ən çox görən ədəbiyyatdır, onun 
nümayəndələridir. Məhz Mir Cəlal kimi sənətkarlar bu böyük missiyanı bacardıqları qədər sovet siyasi 
rejimində etməyə çalışırdılar. “Məşriq” hekayəsində əli hər yerdən üzülmüş haqqın-ədalətin qıt olduğu, ümidini 
yalnız toxuduğu xalçaya bağlayan bir insanın faciəsinin şahidi oluruq.
Yazıçı təhkiyyəsində oxuduğumuz başqa bir fikir isə fars şovinizmindən qidalanan rejimin 
Azərbaycan xalqına bəslədiyi qorxu hissini çox qısa və sərrast ifadə etməsidir.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin