Açar sözlər: Mir Cəlal, nəsr, mövzu, Güney Azərbaycan, sənətkarlıq.
FİRUZƏ AĞAYEVA Filologiya elmləri doktoru, professor Bakı Dövlət Universiteti
PROFESSOR PƏNAH XƏLİLOV TÜRK XALQLARI ƏDƏBİYYATININ TƏDQİQATÇISI KİMİ Ömrünü elmə sərf edən ziyalıların şəxsiyyət bütövlüyü ilə məhsuldar elmi yaradıcılığı bir-biri ilə
üzvü surətdə bağlananda yaşadığı ömrün müdriklik zirvəsinə doğru addımladığı bir vaxtda hərtərəfli
yaradıcılığının, sözün əsl mənasında, müsbət tərəfləri yaradıcı gənc nəsl üçün sönməz işıq mənbəyi olur.
Yaşadığı 90 illik ömrünün əlli altı ilini elmi-pedoqoji, təşkilati fəaliyyətə həsr etmiş, əsl insanı keyfiyyətləri
özündə cəmləşdirən, minlərlə gəncin həyatda öz mövqeyini seçməsində, püxtələşməsində əvəzedilməz rolu
olan hörmətli alimimiz professor Pənah Xəlilov – məhz ömrü günəş ziyasına bənzər belə elm
fədailərindəndir. O, ədəbiyyatşünaslıq elmimizin canlı ensiklopediyası kimi şərəfli bir ad daşıyır.
Onun elmi-tənqidi işlərinin istiqaməti dolğun və əhatəlidir. Azərbaycan sovet ədəbiyyatının inkişafı
boyu şeirimizin və nəsrimizin klassiklərinin ədəbi prosesdə xidmətlərini işıqlandıran çoxsaylı məqalələri
vardır. Orta Asiya və Qazaxstan Türk xalqları ədəbiyyatı tarixini ali məktəb tədrisi səviyyəsində
dərsliklərimizdə tədris obyektinə çevirib gənclərimizə sevdirmişdir, ədəbi əlaqələrimizin tarixini öyrənib
onları bütün inkişaf tarixi boyunca işıqlandırmışdır. Ali məktəblər üçün “Ədəbiyyatşünaslığın əsasları”
(1972-1988) dərsliyinin müəlliflərindən biridir. Türk xalqları folklorunu, qədimi türk dastanlarını tədqiq
etmiş, bu mövzuda “Kitabi-Dədə Qorqud – intibah abidəsi” (2002) monoqrafiyası geniş istifadə olunan
mənbələr cərgəsindəndir. Əhməd Yəsəvi (Bakı, Azərnəşr, 1998) sufi təriqətinə, sufi şairlərə dair ilk
tədqiqatdır. “Əli və Nino problemləri”nə görə (Bakı, Nurlan, 2000) uzun sürmüş mübahisələrə son qoyub
onun Y.V.Çəmənzəminliyə məxsus olduğunu arxiv sənədləri əsasında subuta yetirən bir tədqiqatçi kimi
qiymətləndirilmişdir. Bədii tərcümə sahəsində Servantesin “Don Kixot” romanı (1983-1985), tarix sahəsində
“Herodot tarixi” (doqquz kitab, İki cilddə 1999) respubilkamızda tam halında ilk tərcümədir.
Həyatının çox hissəsini elmin,təhsilin tərəqqisi naminə sərf edən, düşünüb-daşınmaqdan beyni,
yazıb-yaratmaqdan əlləri qabar olmuş bu zəhmətkeş müəllimimizin fədakarlığı, mərdanəliyi qarşısında onun
bütün yetirmələri baş əyir.