Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə81/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   77   78   79   80   81   82   83   84   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: Seyfulla Əsədullayev, ədəbiyyatşünas, rus ədəbiyyatı, elmi əsərlər.
 
NİZAMİ XƏLİLOV 
Filologiya elmləri doktoru, professor 
Bakı Dövlət Universiteti 
 
Ə.HAQVERDİYEV BDU-nun İLK MÜƏLLİMLƏRİNDƏN BİRİ KİMİ 
 
Ə.Haqverdiyev XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikir 
tarixində öz yeri olan şəxsiyyətlərdəndir. O, dramaturq, rejissor, dirijor, nasir, publisist, pedaqoq, tədqiqatçı 
alim, folklor toplayıcısı kimi çoxcəhətli, səmərəli fəaliyyəti ilə milli-mədəni şüurumuzun və sosial-siyasi 
düşüncəmizin inkişaf edib formalaşmasında xüsusi rol oynamış, duma üzvü, xalq komissarı və digər 
vəzifələr daşımaqla dövlətçilik və idarəçilik işinin təkmilləşməsi sahəsində öz xidmətlərini əsirgəməmiş, 
ictimai xadim səviyyəsinə yüksəlmişdir. 


BDU-nun Filologiya fakültəsi - 100 
57 
Ə.Haqverdiyev sovet hakimiyyətinin işğalından sonra yazıçılıqla bərabər, mədəniyyət 
quruculuğunda da fəal iştirak etmiş, dövlət teatrları müfəttişi, incəsənət şöbəsinin müdiri vəzifələrində 
çalışmış, Azərbaycan Dövlət Universitetində ədəbiyyat tarixindən mühazirələr oxumuş, Şərq fakültəsinin 
katibi işləmişdir. O dövrdə yeni yaranmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkilatçılarından 
biri, onun sədr müavini və sədri olmuşdur. 
Ə.Haqverdiyevin çap olunmuş əsərləri ilə yanaşı, onun arxivində çoxlu sayda məqalə, məktub və 
tələbələri qarşısında oxuduğu mühazirə mətnləri vardır. Ədibin “Heca vəzni” ilə bağlı geniş mülahizə və 
fikirləri diqqəti xüsusulə cəlb edir. O, fikirlərini təkcə Azərbaycan şairlərinin üzərində deyil, eyni zamanda 
qardaş türk şairlərinin də yaradiciliğina yeri gəldikdə müraciət edir. Hətta o da maraqlıdır ki, ədibin 
mühazirələrinin mətni türk ləhcəsinə daha mox meyillidir. Bu da o dövrdə böyük cəsarət tələb edirdi. 
Ə.Haqverdiyev öz dilindən başqa, türk, rus, fransız dillərini mükəmməl bilirdi. O, təhsilini 
Peterburqda almış və orada bir sıra dilləri də öyrənməyə səy göstərmişdir. Professor Abbas Zamanov yazıçı 
haqında xatirələr danışanda deyirdi ki: 
“Bir dəfə Fransadan Azərbaycana nümayəndə heyəti gəlir, onları Ə.Haqverdiyev qarşılayır. Əbdürrəhimbəy
onlarla fransız dilində o qədər səlist danışır ki, hətta onlar yazıçıdan soruçurlar ki, “sən fransızsan?”. 
Əbdürrəhim bəy isə azərbaycanlı olduğunu söyləyir, nümayəndələr hətta təəccübləniblər”. 
Ə.Haqverdiyevin yaradıcılığı çox zəngindir. Bu zənginliyi nəzərə alan Mir Cəlal Paşayev yazır ki,
“Əbdürrəhimbəyi müəyyən mənada, yeriyən Azərbaycan adlandırmaq olar”. Mir Cəlal Ə.Haqverdiyevin 
hekayələrini nəzərdə tutaraq onu “dünyanın böyük ədiblərilə: Çexovlar, Mopassanlar, Cek Londonlar, 
M.Tvenlərlə yanaşı dura bilən” bir sənətkar kimi yüksək səviyyədə qiymətləndirmişdir. Doğrudan da, 
Ə.Haqverdiyev yaradıcılıq üslubu və yazıçılıq manerası cəhətdən orijinal bir yazıçıdır. Biz də 
mülahizələrimizi bu aspektdə quracağıq.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin