Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə80/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   76   77   78   79   80   81   82   83   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
56 
Açar sözlər: Elm, ədəbi-tənqidi, tədris obyekti, tarixi inkişaf, arxiv sənədi, ədəbiyyatşünaslıq, 
monoqrafiya.
LEYLA GƏRAYZADƏ 
Filologiya elmləri doktoru, professor 
Bakı Dövlət Universiteti 
 
PROFESSOR SEYFULLA ƏSƏDULLAYEVİN ELMİ-PEDAQOJİ FƏALİYYƏTİ 
 
 
Azərbaycanda ədəbiyyatşünaslıq elmini öz dəyərli tədqiqat əsərləri ilə zənginləşdirən alimlərdən biri 
də professor Seyfulla Əsədullayevdir. O, uzun müddət (1966-2009) Bakı Dövlət Universitetində “Rus 
ədəbiyyatı tarixi”, “XX əsr rus ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi”, “Müasir rus ədəbiyyatı” kafedralarına 
rəhbərlik etməklə rus ədəbiyyatını, rus-Azərbaycan ədəbi əlaqələrini, sonet janrını, ədəbiyyat nəzəriyyəsini 
və ümumiyyətlə, ədəbiyyatşünaslığın bir sıra problemlərini müxtəlif istiqamətlərdə araşdıraraq sanbalı 
əsərləri ilə elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Alim elmlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul 
olmuş və “XX əsr rus ədəbiyyatı tarixi”, “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbiyyatşünaslığa giriş” kimi fənlərdən 
mühazirələr oxumşdur. 
Seyfulla Əsədullayev M.V.Lomonosov adına Moskva Dövlət Universitetində rus sovet ədəbiyyatı 
tarixi kafedrasının aspirantı olaraq “F.Qladkov və 20-ci illərin ədəbi prosesi“ mövzusunda namizədlik, 
“Sosialist realizminin tarixiliyi, nəzəriyyəsi və tipologiyası” mövzusunda isə doktorluq dissertasiyalarını 
müdafiə etmiş və professor elmi adını almışdır. Onun beş yüzdən çox elmi, elmi-nəzəri və ədəbi-tənqidi 
məqalələri, iyirmi monoqrafiyası və iki bədii kitabı oxucuların istifadəsindədir.
Seyfulla müəllim iyirmi altı elmlər namizədi, on bir elmlər doktoru yetişdirmişdir ki, onlardan biri də 
mən özüməm. 
Professorun “Azərbaycan poeziyasında sonet janrı. Tarixi və nəzəriyyəsi”, “Müasir 
ədəbiyyatşünaslığın metodoloji problemləri”, “V.Vsotskinin poetikası”, “Əsrlərin və minilliklərin 
qovuşuğunda”, “Heydər Əliyev və ədəbi proses”, “Rus dili Azərbaycan ədəbi mənzərəsində”, “XX əsr rus 
ədəbiyyatında avrasiya sintezi problemi” kimi elmi əsərləri, həmçinin “Oğru – novator”, “Tərs keçilər” kimi 
bədii əsərlərindən ibarət kitabları bu gün də sanbalı və dəyərini itirməmişdir. 
Qeyd edək ki, professor Seyfulla Əsədullayev fundamental tədqiqat əsəri olan “Heydər Əliyev və 
ədəbi proses” adlı kitabında Heydər Əliyevin ədəbiyyata, ədəbi mühitə, yaradıcı ziyalılara rəhbər diqqəti və 
qayğısının parlaq təzahürləri geniş şəkildə araşdırmışdır. Ümumilli liderin siyasi rəhbərlik irsinə yaxından 
bələd olan bir alim kimi Seyfulla müəllim geniş əhatəli bir tədqiqat işi ortaya qoya bilmişdir. Bu kitabda 
Heydər Əliyevin bir rəhbər, Azərbyacan ədəbiyyatının qayğıkeşi olaraq böyük siyasətçi obrazı öz 
dolğunluğu ilə əks olunmuşdur. Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, yazıçı və şairlərimizə əsl atalıq 
qayğısı dərindən təhlil edilmişdir. Fərqli başlıqlar adı altında Heydər Əliyevin ədəbiyyata münasibəti, şair və 
yazıçılarla görüşləri, onların yaradıcılıqları barədə fikirləri öz əksini tapmışdır. Digər bütöv bir fəsildə isə 
ümummilli liderin Azərbaycanın təhsil ocaqlarının flaqmanı sayılan Bakı Dövlət Universitetinə yüksək 
münasibəti təsvir olunaraq, burada Heydər Əliyevin BDU-ya böyük qayğısını konkret faktlar əsasında 
oxucularının diqqətinə çatdırmışdır. Kitabın başqa bir fəslində Füzulidən Hüseyn Cavidə və Səməd Vurğuna 
qədər, Nəriman Nərimanovdan, Üzeyir Hacıbəyovdan Bəxtiyar Vahabzadəyə qədər neçə-neçə Azərbaycan 
şairi və ədibi barədə dəyərli fikirlər əks olunmuşdur. Bütövlükdə Seyfulla müəllimin əsərləri Azərbaycan 
elmi-nəzəri fikir tarixində mühüm yer tutur. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin