Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə83/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   79   80   81   82   83   84   85   86   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
58 
ÜLFƏT BƏDƏLBƏYLİ 
Filologiya elmləri doktoru, professor 
Bakı Dövlət Universiteti 
PROFESSOR CƏLİL NAĞIYEV VƏ DÜNYA ƏDƏBİYYATI 
 
2019-cu il əlamətdar bir hadisə ilə yaddaşlarda qalacaq: bu il Bakı Dövlət Universitetinin 
yaranmasının 100 ili tamam olur. Bu universitet ölkəmizin təhsil ocaqlarından ən qədimi və 
möhtəşəmlərindəndir. 1919-cu ildə Filologiya fakültəsi və 1939-cu ildə “Xarici ölkələr ədəbiyyatı” (indiki 
“Dünya ədəbiyyatı”) kafedrası fəaliyyətə başlamışdır. O vaxtdan artıq 80 il keçir – bu da universitetin 
tarixində mühüm hadisədir. Bakı Dövlət Universitetinin görkəmli professor – müəllim heyyətindən 
danışılarkən filologiya elmləri doktoru, professor Cəlil Qərib oğlu Nağıyevin adı həmişə hörmətlə çəkilir.
Cəlil Qərib oğlu Nağıyev 1945-ci il iyul ayının 26-da təkcə Azərbaycanın deyil, eləcə də Şərqin 
mədəni mərkəzlərindən biri olan Gəncə şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət 
Universitetinin Filologiya fakültəsinə daxil olur və 1969-cu ildə buranı bitirir. Həmin il o, M.V.Lomonosov 
adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin “Slavyan filologiyası” ixtisası üzrə 
aspiranturaya qəbul olunur. 1974-cü ildə həmin fakültədə elmi rəhbəri məşhur balkanşünas Nikolay 
Kravtsovun rəhbərliyi ilə “Serb romantik poeziyası və Şərq” mövzusunda namizədlik dissertasiyasını uğurla 
müdafiə edir. Bu dissertasiya işi elmi mühitdə maraqla qarşılanır. Moskvadan Bakıya qayıdan gənc alim 
doğma universitetində elmi fəaliyyətə başlayır və tezliklə doktorluq dissertasiyası üzərində işləməyə 
başlayır. 1989-cu ildə dosent Cəlil Nağıyev Azərbaycan Dövlət Universitetinin Dünya ədəbiyyatı 
kafedrasının müdiri seçilmiş və indiyə qədər həmin kafedraya uğurla rəhbərlik edir. 1990-cı ildə Cəlil 
Nağıyev “Azərbaycan – Yuqoslav ədəbi əlaqələri və təmasları (klassik ədəbiyyat və folklor)” mövzusunda 
doktorluq dissertasiyasını müdafiə etmişdir.
Artıq 30 ildir ki, Cəlil Nağıyev kafedra müdiri vəzifəsində çalışır. Bu illər ərzində professor Cəlil 
Nağıyevin fəaliyyəti çox geniş və müxtəlifdir. Onun rəhbərliyi altında 30-dan çox elmlər namizədi və 5 
doktorluq dissertasiyası müdafiə olunmuşdur. Eyni zamanda o, namizədlik və doktorluq dissertasiyalarına 
opponentlik etmiş, 300-dən artıq elmi məqalənin, 5 monoqrafiyanın, 2 dərsliyin, 2 dərs vəsaitinin müəllifidir. 
XVII-XVIII əsrlər dünya ədəbiyyatı, XIX-XX əsrlər dünya ədəbiyyatı, Müqayisəli ədəbiyyatşünaslıq, Yapon 
ədəbiyyatı tarixi fənnlərini tədris edir. Fakültə və digər universitetlərin müdafiə şuralarının üzvü, həmsədri 
və elmi seminarların rəhbəri olmuşdur. Hal-hazırda Filologiya üzrə Koordinasiya Şurasının üzvüdür, 
doktorant və dissertantlara rəhbərlik edir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Cəlil Nağıyev Bakı Asiya Universitetini 1993-cü ildə təsis etmiş və həmin universitetin rektoru 
seçilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə 
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə on cilddən ibarət 
“Dünya uşaq ədəbiyyatı” kitabları nəşr olunmuşdur. Professor Cəlil Nağıyev bu kitabların tərtibçisi, 
redaktoru və bəzilərinin də ön sözünün müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 
oktyabr tarixli 538 nömrəli sərəncamı ilə Cəlil Nağıyev “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Cəlil Nağıyev fransız, serb, xorvat, rus və s. dillərdən Azərbaycan dilinə tərcümələrin müəllifidir. O, 
radio və televiziya vasitəsi ilə ədəbiyyatşünaslıq problemləri ilə bağlı çıxışlar edir. Hal-hazırda Cəlil Nağıyev 
serb yazıçısı Nobel mükafatçısı İvo Andrikin “Drina körpüsü” romanını Azərbaycan dilinə tərcüməsini 
çapdan çıxarıb və “Dünya ədəbiyyatı” (Orta əsrlər və İntibah dövrü) ali məktəblər üçün dərsliyi isə çapdan 
çıxmaq üzrədir.
Müəllim, alim, mütərcim, professor Cəlil Qərib oğlu Nağıyev daim axtarışdadır. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin