Azərbaycan döVLƏT İQTİsad univers



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix01.12.2022
ölçüsü0,89 Mb.
#71739
1   ...   6   7   8   9   10   11   12   13   ...   35
valyuta

Sektorlar üzrə çətinliklər və Bankın vəzifələri 
Bank öz səylərini özəl sektorda biznesin inkişaf etdiril-
məsinə, habelə dövlət sektorunda seçilmiş sahələr üzrə tədbir-
ləri həyata keçirilməsinə yönəltməklə əsas infrastrukturlara 
investisiyaların qoyulmasına və bununla da özəl sektorun dəs-
təklənməsinə və regional inkişafa çalışacaqdır. EKÖ Təşəbbü-
sünün özəl sektorun inkişafı məsələsini vurğulaması Bankın 
mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamə-
tində fəaliyyətləri üçün daha çox imkanlar yaradır. Bu sahib-


34
karlar sabit məşğulluğun və inkişafın təmin edilməsi üçün bö-
yük imkanlar yaradır. Onların inkişafı həmçinin ölkənin de-
mokratiyaya keçidinə müsbət təsir göstərir: belə ki, sahibkarlar 
özləri də qanunların və qaydaların hazırlanması və icra olun-
ması üsullarının təkmilləşdirilməsində, habelə korrupsiya sə-
viyyəsinin azaldılmasında maraqlıdırlar. 
Qeyri-neft özəl sektorunun inkişaf etdirilməsi 
Bank birbaşa borclar və səhm kapital qoyuluşları vasitə-
silə, habelə maliyyə sektorunun dəstəklənməsi yolu ilə qeyri-
neft sektorunun inkişafına dəstək verəcəkdir. Bu kapital qoyu-
luşlarının əsas hədəflərinin mikro, kiçik və orta sahibkarlar ola-
cağı gözlənilir. Aşağıda qeyd olunan sektorlar qeyri-neft sekto-
runda kapital qoyuluşları üçün ən böyük potensiala malikdir: 
Aqrobiznes 
– Azərbaycanda kənd təsərrüfatı sektoru çox 
pərakəndə xarakter daşıyır və infrastruktura malik deyildir. 
Kənd təsərrüfatı sahələrinin kollektivsizləşdirilməsi natural 
ə
kinçiliyə qayıdışla nəticələnmiş və səmərəli mexanizmlərlə 
bağlı çatışmazlıqlar meydana gəlmişdir. Bank zəruri texniki in-
frastruktura malik olan kommersiya qurumları arasında ilkin 
emal və qablaşdırma sahələrində olan imkanları araşdıracaqdır. 
Kənd təsərrüfatı sahəsində potensial müştərilərin əksəriyyəti 
kommersiya fəaliyyətlərinə yeni-yeni başladığından və nəticə 
etibarilə biznesin Qərb standartlarına uyğun aparılması sahə-
sində çox az təcrübəyə malik olduqlarından və ya ümumiyyətlə 
təcrübəsiz olduqlarından, bu layihələrdə kadr təminatı intensiv 
və kiçik olacaqdır. Bu müştərilərin idarəetmə və mühasibat 
sistemlərini yaratması, habelə orta və uzun müddətli korporativ 
strategiyaları işləyib hazırlaması üçün onlara texniki yardımın 
təmin edilməsinə ehtiyac olacaqdır. 
Əmlak və turizm 
– Hazırda cərəyan edən iqtisadi inkişaf 
müasir, texnoloji cəhətdən qabaqcıl kommersiya ofis sahələrinə 
olan tələbatı artıracaqdır. Bank bu sektorda, habelə pərakəndə 
satış və turizm sahələrində kapital qoyuluşlarını dəstəkləyəcək-
dir. Bu investisiyaların baş tutacağı hüquqi mühit əhəmiyyətli 


35
dərəcədə işlərin həyata keçirilməsini tələb edir. Bank donor 
birliyinin digər üzvləri ilə birlikdə hüquqi mühitin digər maraq 
doğuran komponentləri, o cümlədən kadastr sisteminin, mər-
kəzləşdirilmiş mülkiyyət qeydiyyatının və digər komponentlə-
rin inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirəcəkdir. 
Eyni zamanda təkmilləşdiriləcək hüquqi çərçivənin effektiv 
şə
kildə təfsirini və icra edilməsini təmin edə biləcək məhkəmə 
sisteminin inkişaf etdirilməsinə dəstək verilməsinə də ehiyac 
vardır. 
Ümumi sənaye 
– Azərbaycanda inşaat sektoru güclü inki-
ş
af nümayiş etdirməkdədir və bu da öz növbəsində beton və 
borular kimi başlıca tikinti materiallarına olan ehtiyacı artırır. 
Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlə-
rində nəqliyyat dəhlizlərini inkişaf etdirdiyindən, bu material-
ları regionun sürətlə inkişaf edən digər iqtisadiyyatlarına ixra-
catı getdikcə daha çox səmərəliləşəcəkdir. Bank inşaat mate-
rialları sektorunda həm kiçik, həm də iri layihələrə kapital qoy-
mağa çalışacaqdır. 
Telekomunikasiyalar 
– Azərbaycan Hökuməti ölkədə te-
lekomunikasiyalar sektorunun islahatı prosesinə başlamışdır. 
Bank özünün ölkə üzrə strategiyası müddətində bu sektorda ka-
pital qoyuluşlarının həyata keçirilməsi üçün Hökumətlə dialo-
qunu davam etdirəcəkdir; Enerji səmərəliliyi son qiymətləndir-
mələrə əsasən böyük enerji intensivliyinə malik olan Azərbay-
canın bütün sektorlarında əhəmiyyətli bir problemdir. Külli 
miqdarda hidrokarbon ehtiyatlarının mövcudluğuna baxmaya-
raq, Azərbaycanda enerji səmərəliliyinə enerji qiymətlərinin 
aşağı olması və Hökumətin enerji sərfiyyatında səmərəliliyin 
artırılmasına iradə nümayiş etdirməməsi öz təsirini göstərir. 
Elektrik enerjisi qiymətlərinin aşağı olmasına baxmayaraq, 
Bank elektrik enerjisi sektorundan başqa həmçinin enerji səmə-
rəliliyinin artırılması komponentinin sərfəli olduğu digər səna-
ye layihələrinə də diqqətini yönəldəcəkdir. Bu fəaliyyətlərdə 
ə
sas səylər Bankın Dayanıqlı Enerji Proqramına (SEP) yönəldi-


36
ləcəkdir ki, həmin proqram da dayanıqlı enerji layihələrinə in-
vestisiyaların qoyuluşunu sürətləndirmək məqsədilə hazırlan-
mışdır. SEP-in əsas vəzifələri aşağıdakılardır: 
• dayanıqlı enerji layihələrinə maliyyə dəstəyini səfərbər 
etmək; 
• imkanları artırmaq; 
• enerji sahəsində idarəetmə bacarıqlarını ötürmək; 
• karbon Krediti satışı imkanlarından istifadə etmək; 
• ən yaxşı texnologiyaları tətbiq etmək; 
• kapital büdcə tərtibatı, enerji xərclərinin ayrılması və 
müvafiq mühasibatlıq mexanizmlərinin təkmilləşdirilməsi; 
• enerji təminatı sistemlərinin etibarlılığını artırmaq. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin