72
informasiyanın mühafizəsi probleminə proqram və aparat vasitələrinin
mühafizəsi problemi ilə
birlikdə baxılması məqsədəuyğun hesab edilir, çünki informasiya sistemlərinin fəaliyyət mühitinin
əsasını proqram və aparat vasitələri təşkil edirlər. Proqram və verilənlərin mühafizəsi üçün mövcud
olan üsul və vasitələr verilənlər bazası proqramları və verilənlər bazasında saxlanan verilənlər üçün
də tətbiq edilə bilər. Mühafizə sisteminin qurulma prinsiplərini və hesablama sisteminin
müxtəlif
komponentlərinin imkanlarını yaxşı bilməklə, informasiya sistemlərinin
zəif yerlərini
qiymətləndirmək və məxfi informasiyanın mühafizəsini yaxşı təşkil etmək olar.
Şəbəkə rejimi
kompüterlərdən istifadə edilmənin ümumi halı olduğundan, informasiyanın mühafizəsi probleminə
baxarkən, adətən, kompüterlər arasında şəbəkə əlaqələrinin olması nəzərə alınır [4].
Şəkil. Biznesin təhlükəsizliyinin təmin edilməsi istiqamətləri
Hesablama sisteminin keyfiyyətli mühafizəsini təmin etmək
üçün təkcə onun yerləşdiyi
binanın mühafizəsini təşkil etmək və proqram mühafizə vasitələri qurmaq kifayət deyil. Hesablama
sisteminin mühafizəsinin
təşkilinə onun strukturuna,
həll olunan məsələlərə,
mühafizənin
məqsədinə və imkanlarına uyğun kompleks yanaşma tələb olunur.
Cədvəl.
Mühafizəsinə ehtiyac duyulan informasiyalar
Sənaye informasiyası
Kommersiya informasiyası
- elmi kəşflərin, patentlərin işlənməsi və tərtibi
mərhələsində onlar haqqında informasiya;
- konstruktor sənədləşməsi;
- hər hansı qurğunun elektron sxemi;
-elektron hesablama maşınının proqram
təminatı;
- xörəyin hazırlanma resepti;
- parçanın istehsal prosesi və s.
- kreditlər və bank əməliyyatları haqqında informasiya;
- müqavilələr, sazişlər, haqqında məlumatlar;
- məhsulun satış planı;
- müştərilərin siyahısı;
- rəqabətqabiliyyətliliyin təhlili;
- marketinq və tədbirlər sistemi;
- işgüzar yanaşmalar;
- əməkdaşların əməkhaqqı.
İnformasiyaların mühafizəsinin etibarlı sisteminin təşkili üçün onun itirilməsi kanalları
barəsində dəqiq məlumata malik olmaq lazımdır. Onlardan ən ehtimal edilənləri aşağıdakılardır:
- informasiyalara birbaşa girişə malik olan heyət;
- bu informasiyaların daxil olduğu sənədlər;
- informasiyanın texniki vasitələri və emal sistemi, o cümlədən onların ötürüldüyü rabitə xətti. [3]
Dostları ilə paylaş: