20
(1130-1213), onun yetirməsi Vanakan, Gəncəli Kirakos (1200-1271), Vardan (öl. 1271) və
s. kimi xristian Alban intellektualları yaşayıb yaratmışdılar. Mxitar Qoş Albaniya katalikosu
III Stepannosun (1155-1195) təkidli xahişi ilə yazılmış məşhur “Sudebnik” (“Qanunnamə”)
əsərinin müəllifidir. “Qanunnamə”yə heç bir sistem gözlənilmədən Şərqi Roma
imperiyasının qanunları ilə yanaşı, Alban kilsəsinin qanunları, “Musa qanunları”, kilsə
(Aquen, bardis) qanunları daxil edilmişdir (7, 227). Bundan başqa Mxitar Qoş “Alban
salnaməsi” əsərinin də müəllifidir.
1240-cı ildən başlayaraq Qanzasar məbədinin nüfuzu artmağa başladı. Məbədə
Həsən Cəlal nəslinin nümayəndələri başçılıq edirdilər. Bu vaxtdan Qanzasar alban kilsəsinin
mərkəzi alban katolikoslarının iqamətgahı oldu, alban katolikosluğu
Qanzasar katolikosu
adlanmağa başladı. Qanzasar katolikoslarının iqamət-gahı həm də Artsax knyazlığının dini
və siyasi mərkəzi idi” (8, 227). Həmdulla Qəzvini “Hüzhət əl-Qülub” əsərində Ucan
şəhərindən danışarkən şəhər əhalisi arasında xristianların da olduğunu qeyd edir (9, 8). Şərqi
Suriya kilsəsi saborlarının sənədlərində Partavda V əsrdən, Urmiyada IV əsrdən,
Paytakaranda VI əsrdən,
Muğanda VIII əsrdən, Marağa, Təbriz, Uşnuda XIII əsrdən
yepiskopluqların mövcudluğu təsdiq edilir (10, 40). Xristianlığın əsas cərəyanlarından biri
olan nəsraniliyin Azərbaycanda yayıl-ması ilə bağlı da faktlar vardır. Akademik V.Bartolld
“Xəzəryanı ərazilərin islam tarixində yeri” adlı əsərində Ərəblərin gəlişi dövründə
nəsranilərə işarə edərək yazır: “Ərəblər Sasanilərin sərhəd ərazilərini tutanda bu bölgələrin
dini kimi xristianlıqdan danışırlar, zərdüştlüyün ardıclıları isə heç xatırlanmır. Sasanilərin
qərb ərazilərində nəsranilik xristianlığın xüsusi təlimi şəklində təşəkkül tapdı. Onlar
Bizansda təqib olunurdular. Burada isə təqiblər olmadığı üçün nəsranilik hakim vəziyyətdə
idi”. Monqol və Səlcuq-türk istilaları dövründə xristianlıq təzə nəfəs tapıb yeni bir dalğa ilə
Şərqə yayılmağa başlamışdı. Bu səbəbdən də XI-XIII əsrlərdə
Azərbaycanda nəsrani
məzhəbli xristianlıq daha fəal yayılmış, bir sıra türk tayfaları xristianlığı qəbul etmiş, kilsə
və monastırlar tikilmişdir. İçəri şəhərdəki - Qız qalasının yanındakı məscidin yaxınlığındakı
xristian kilsəsinin nəsranilərə məxsus olduğu, eyni zamanda Abşeronun bir sıra qədim
qəbiristanlarında nəsrani müqəddəslərinin sərdabələri olduğu məlumdur. Orta əsrlərdə
Azərbaycanda iudaist dininin daşıyıcıları olan yəhudi icmaları da mövcud idi. Azərbaycanın
Şimal-şərqinə iudaist yəhudilərin köçüb gəldiyi hələ lap qədim dövrlərdən məlumdur.
Onların Azərbaycanda məskunlaşması ilə bağlı araşdırıcılar arasında fərqli fikirlər
mövcuddur. Tarixçi alim Tarix Dostəliyev “Şimali-şərqi Azərbaycan IX-XV əsrlərdə” adlı
əsərində yəhudilərin Azərbaycanda mənşəyi ilə bağlı, bəzi tədqiqatçılar
tərəfindən irəli
sürülən Sasanilərin köçürdükləri İran mənşəli əhalinin sonradan iudaizmi qəbul etmələri və
bunun əsasında Azərbaycanda yəhudi icmasının yaranması haqqındakı versiyanı rədd
edərək qeyd edir ki, yəhudilər dünyanın bir çox məməkətlərinə səpələndikdən sonra da
müxtəlif xalqlar arasında yaşayaraq onların dillərini qəbul etsələr də, dini mənsubiyyətlərini
qoruyub saxlaya bildikləri kimi Azərbaycanda da öz icmalılığını və dini mənsubiyyətini
qoruyub saxlamışlar (13, 235). Orta əsrlərdə Azərbaycanın Şimal-şərqində yəhudi
icmalarının yaşaması haqqında orta əsr yazılı mənbələri də xəbər verir.
XIII əsrin
ortalarında Monqolustana qədər səfər etmiş və səyahəti zamanı keçdiyi ərazilər və onların
xalqları haqqında qeydlər aparmış fransalı rahib Vilhelm de Rubruk Dərbənddən cənubda