Sual 3. Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətləri
Sovet hakimiyyəti illərində Azərbaycanda dövlət və din münasibətləri. 1920-ci ilin
aprel işğalı Şimali Azərbaycanda yaradılmış dövlət müstəqilliyinə son qoymaqla müstəqil
dövlətin bütün dövlət təsisatlarını de-fakto ləğv etmişdi. Lakin ilk illərdə formal olaraq
dövlətin bir neçə strukturu saxlanılmışdı. Ümumiyyətlə, bütün dinlərə, xüsusən də İslam
dininə düşmən olan bolşevik-kommunist ideologiyası əhalinin milli-dini dəyərlərinə düşmən
kəsilmişdi. Sovet hakimiyyətinin dinə münasibətinin başlıca prinsipi onun dövlətdən
ayrılması idi. Lakin buna baxmayaraq, Sovet dövlətinin ilk illərində yeni quruluşun
ideoloqları İslam dininin özünəməxsusluqlarını və dindarların milli heysiyyətlərini nəzərə
almaq məcburiyyətində idilər.
1920-ci ilin may ayında Azərbaycan İnqilab Komitəsinin “Vicdan azadlığı” haqqında
dekretinə görə, Xalq Maarif Komissarlığının (XMK) tabeliyindəki bütün dövlət
məktəblərində dini təlimlərin tədrisi və hər hansı dini mərasimin keçirilməsi qadağan
olunmuş, Dini İşlər üzrə Nazirlik ləğv edilmişdi. XMK-nın xüsusi əmri ilə tədris
müəssisələrinin və məktəb şuralarının sədri vəzifəsini tutan dini dərəcəli şəxslər
vəzifələrindən azad edilmişdilər. Dini İşlər üzrə Nazirlıyin ləğv edilməsi ilə bağlı dekret
əslində hər vətəndaşa istənilən dinı etiqadı seçmək və ya heç bir dinə etiqad etməmək
hüququ, eyni zamanda dinin lehinə və ya əleyhinə təbliğat aparmaq azadlığı vermişdi. Dinə
etiqadı ayrılıqda hər şəxsin vicdan işi hesab edən dövlət dinə münasibətdə bitərəf qalaraq
heç bir dini cərəyanın tərəfində durmur, onlardan heç birini maddi və mənəvi cəhətdən
müdafiə etmirdi. Sovet dövləti böyüməkdə olan nəslin təhsil və tərbiyə işini XMK-nın
sərəncamına vermiş, bütün dövlət və qeyri-dövlət məktəblərində hər hansı dini mərasimin
keçirilməsi qadağan olunmuşdu.
Sovet hakimiyyətinin ilk illərində hökumət dindarları ələ almaq məqsədi ilə müxtəlif
siyasi aksiyalar həyata keçirirdi. Məsələn, Qurban və Ramazan bayramları dövlət
səviyyəsində qeyd edilir, Novruz bayramı günlərində məktəblərdə tətillər başlanır,
küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil
edilirdi. Hətta 1921-ci ilin avqust ayının 30-da Nəriman Nərimanovun göstərişi ilə
Məhərrəmlik günlərində Təzəpir və Bibiheybət məscidlərində dindarlara ərzaq paylanmışdı.
20 sentyabr 1920-ci ildə isə Azərbaycan İnqilab Komitəsinin dekreti əsasında Bakıda
Azərbaycana məxsus qızıl, gümüş, platin, brilyant və mirvaridən ibarət qiymətli əşyaların
mərkəzləşmiş şəkildə saxlanılmasını təmin etmək üçün Dövlət Mühafizə İdarəsi təsis
olunmuşdu. Lakin dekretdə xüsusi olaraq göstərilirdi ki, qiymətli sərvətlərin təhvil verilməsi
dini icmaların ixtiyarındakı sitayiş əşyalarına aid edilmir.
1922-ci ilin noyabr ayında Təzəpir məscidinin axundu Ağa Əlizadənin imzası ilə
Azərbaycan Kommunist Partiyasının Rəyasət Heyətinə ərizə daxil olmuşdu. Axund
hökumətdən Kərbəla ziyarətinə gedənlərə yardım göstərilməsini xahiş etmişdi. Mərkəzi
Komitənin Rəyasət Heyəti Kərbəlaya ziyarətə gedən vətəndaşlar haqqında məsələni müsbət
22
həll edərək, zəvvarlara o vaxt üçün böyük məbləğ olan üç yüz manatadək qızıl pul
ayrılmasına qərar vermişdi.
1922-ci illərdə Volqaboyu, Ukrayna, Krım və Qafqazı aclıq bürümüşdü. 90 milyon
əhalisi olan 40 quberniya aclıq içində idi. Əhaliyə yardım məqsədi ilə 1922-ci ilin may
ayının 23-də Təzəpir məscidində Azərbaycan SSR dindarlarının başçıları - Axund Ağa
Əlizadə, qazı Əbdülrəhim Hacızadə və b. ruhanilər aclıqla əlaqədar bütün dünya
müsəlmanlarına müraciət edərək kömək istəmişdilər. Müraciətdə deyilirdi: “Müsəlman
qardaşlar! Siz yaxşı bilirsiniz ki, Islam dininin əsaslarından biri əziyyət çəkənlərə, ilk
növbədə aclara və yoxsullara yardım etməkdən ibarətdir. Krımdan, Volqaboyundan və
başqa vilayətlərdən gələn ürək dağlayan fəryadı eşidin”. Təzəpir məscidinə toplaşan
Azərbaycan üləmaları İran, Türkistan (Orta Asiyadakı türk-müsəlman coğrafiyası nəzərdə
tutulur), Türkiyə, Hindistan və Əfqanıstan ruhanilərinə müraciət edərək onları aclara fəal
kömək göstərməyə çağırırdı.
Nəriman Nərimanovun Təzəpir məscidində maraqlı çıxışlarından biri 1920-ci ilin iyun
ayında Azərbaycan SSR-nin qadınları qarşısında olmuşdur. O, İslam dininin ən humanist
addımlarından biri olan qadın-kişi bərabərliyi üzərində xüsusi dayanmış, qadınların məscidə
gəlib onu dinləməsini yüksək qiymətləndirmişdi. N.Nərimanov çıxışında Təzəpir
məscidinin şəhərin siyasi həyatında oynadığı rola da aydınlıq gətirmişdi.
1920-ci ilin əvvəllərində mətbuatda, partiya dairələrində müxtəlif dini ayin, bayramlar,
Məhərrəmlik günlərində müsəlmanların matəm mərasimi və onların qadağan edilməsi
haqqında məsələlər də müzakirə edilirdi. N.Nərimanov bu dövrdə bütün təzyiqlərə
baxmayaraq, həmin meyllərin artmasına kəskin müqavimət göstərmişdir. Hətta o, 1922-ci
ilin avqust ayında Məhərrəmlik təziyyəsinin qadağan edilməsinə qarşı çıxmışdı. Bu
münasibətlə Təzəpir məscidinə gələn N.Nərimanov dindarlara müraciətində demişdi:
“Peyğəmbərin ən sevimli nəvəsi İmam Hüseyn (ə) öz gücsüzlüyünü bilərək, Həzrət
Məhəmmədin (s) qanunlarım pozan, hamını və hər şeyi qızılla ələ almaq istəyən Yezidə
qarşı mərdi-mərdanə çıxış etməklə böyük qəhrəmanlıq göstərmişdir. İmam Hüseyn tabe
olsun və öz vicdanım qızıla satsın deyə, Yezid böyük bir vilayətin idarə olunmasını ona
təklif etdi. O, bunu qəbul etmədi, həlak oldu”.
O, fikirləri ilə İmam Hüseynin (ə) şəhidlik məktəbinin həqiqi fəlsəfəsini dəqiq
xarakterizə edir, İmamın İslam dininin müdafiəsi uğrunda canını fəda etməsini milli-mənəvi
dəyərlərin xilası kimi qiymətləndirir, milli-mənəvi dəyərlərin, bütün maddiyyatdan üstün
olduğunu vurğulayır, hər kəsin bu dəyərlərə sadiq qalmasının vacibliyinə işarə edirdi.
1923-cü ilin avqust ayında AK(b)P-nin Bakı Komitəsinin Rəyasət Heyəti bütün rayon
partiya komitələrinə və məsul işçilərinə Məhərrəmlik mərasimləri əleyhinə kampaniya
aparmamaq barədə göstəriş vermişdi. 1925-ci ilin aprel ayında xüsusi qərarda inqilabi
bayramlarla yanaşı, altı xüsusi dini bayramın da qeyd olunması nəzərdə tutulmuşdu.
Keçən əsrin iyirminci illərinin sonu-otuzuncu illərinin əvvəllərində SSR-nin başqa
respublikalarında olduğu kimi, Azərbaycan SSR-də də İslam dininə hücumlar başlanmışdı.
Bu işə, əsasən, yuxarı sinif şagirdləri, tələbələr, ədəbiyyat və incəsənət xadimləri cəlb
edilmişdilər. Dövlət dini işlərdə bitərəflik, vətəndaşın vicdan azadlığı barədə özünün elan
etdiyi prinsiplərindən uzaqlaşmağa başlamışdı. Dindarlara münasibətdə inzibatçılıq tətbiq
23
olunurdu. Məhz elə buna görə 1924-cü ildə Bakıda yaradılan “Allahsızlar cəmiyyəti”
zəhmətkeşlərin geniş dairəsini öz tərəfinə cəlb edə bilməmişdi.
İllər keçdikcə dinlə mübarizə daha geniş vüsət almış, məscidlərin müsadirəsi
irimiqyaslı kampaniya formatına keçmişdir. 1928-ci ilin dekabr ayında AK(b)P Mərkəzi
Komitəsinin Rəyasət Heyətinin iclasında “Kəndlilərə mədəni ehtiyacları üçün verilmiş
məscidlər haqqında” məsələyə baxılmış, nəticədə bir sıra məscidlər mədəni-maarif
müəssisələrinə çevrilmişdi. Müxtəlif idarələrə məscidlərdən minbərləri çıxartmaq, dini
lövhələrin üstünü ağartmaq və məscidlərin hissə-hissə boşaldılması üçün əmrlər verilmişdi.
SSRİ-nin başqa müttəfiq respublikalarında olduğu kimi, Azərbaycan SSR-də də məscidlərin
və mədrəsələrin bağlanmasına, din xadimlərinin təqib olunmasına göstərişlər gəlmişdi.
Quran zərərli bir kitab kimi qadağan edilmişdi. Azərbaycan SSR qəzalarında məscidlər
dağıdılmış, ya da anbar, kitabxana və yaxud da muzeyə çevrilmişdi. Təkcə Quba qəzasında
iyirmi iki gün ərzində 18 məscid mədəni-maarif binalarına çevrilmişdi. Lənkəran qəzasında
isə yüzlərlə məscid dağıdılaraq, tikinti materialları kimi inzibati binaların inşasında istifadə
olunmuşdur. Azərbaycan SSR-də 1929-cu ildə VII Ümumazərbaycan Sovetlər qurultayı ilə
bağlı keçirilən seçki kampaniyası dövründə 400 məscid bağlanmışdı. Hələ AK(b)P-nin II
qurultayında N.Nərimanov öz çıxışında qeyd etmişdi ki, «bizdə elə kommunist müsəlmanlar
var ki, kəndə girən kimi adamları məsciddən qovur və əmr edir ki, məscidləri bağlayın.
Kommunistlər fəxr edirlər ki, guya böyük iş görürlər. Onlar güman edirlər ki, bizim
inqilabımızı genişləndirir və möhkəmləndirirlər. Mən belələrini əksinqilabçı adlandırıram,
çünki bunlar bizim işlərimizi korlayırlar».
Məscidlərin bağlanması və onların məktəb üçün uyğunlaşdırılması əksər hallarda yerli
partiya təşkilatlarının rəhbərliyi altında aparılır, onların bəziləri daha çox məscid bağlamaq
üçün sosializm yarışı metodlarından istifadə edirdilər. Bir sıra qəzalarda məscidləri inzibati
qaydada mədəniyyət müəssisələrinə çevirirdilər. Bu sahədə inzibati amirlik o dərəcəyə
çatmışdı ki, “kollektivləşmə” ilə eyni zamanda ictimai-siyasi vəziyyətin kəskinləşdiyini
nəzərə alan AK(b)P-nin VII qurultayı (1929-cu ilin aprel ayı) bu işdə əyintilərə yol
verildiyini göstərmiş və belə məsələləri könüllülük əsasında həll etmək barəsində
xəbərdarlıq etmişdi. Bu xəbərdarlığa baxmayaraq, yenə də dinə qarşı münasibətdə ciddi
təhriflər, yolverilməz hadisələr baş verirdi: zor işlədilməsi
;
komsomolçuların mollalara
hücum etməsi, hətta, onları döyməsi, məscidlərə basqın olunması, məscid xadimlərinin
təhqiri və s. bu kimi hadisələr adi hal almışdı.
Kommunist Partiyası rəhbərliyi ateist mövqeyə sadiq qalaraq, dinin rol və
əhəmiyyətini ictimaiyyətin gözündən salmaq üçün müxtəlif vasitələrdən istifadə edirdi.
Bakıda dinin tarixini öyrənmək, tədqiq etmək əsasında onun əleyhinə təbliğat kampaniyası
aparmaq, “mürtəce” rolunu göstərən materiallarla onu geniş xalq kütləsi qarşısında ifşa
etmək “elmi-praktik” kampaniyaya çevrilmişdi.
1929-1937-ci illərdə respublikada bağlanmış məscidlərin əksəriyyətindən məktəb, klub
və ya anbar kimi istifadə edilirdi. Otuzuncu illərin sonlarında Azərbaycan SSR-də ancaq 20
məscid formal olaraq fəaliyyət göstərirdi, onların bəziləri müharibədən sonrakı illərdə də
açıq idi. Bu illərdə Bakıda Bibiheybət məscidi 1934-cü ilin sentyabr ayında partladılmış,
24
Əmircanda Murtuza Muxtarov məscidi, Əjdər- bəy məscidi, İçərişəhərdə Cümə məscidi
bağlanmış, Suraxanı Atəşgah məbədi isə tam baxımsız vəziyyətə salınmışdı.
1934-1938-ci illərdə Azərbaycan SSR-də 27458 nəfər repressiyaya məruz qalmışdır ki
;
onların da arasında din xadimləri az deyildi. Repressiyaya məruz qalan və güllələnənlər
arasında Nargin adasında qətlə yetirilən Qurani-Kərimi Azərbaycan dilinə ilk tərcümə
edənlərdən biri 83 yaşlı Bakı qazısı Mir Məhəmməd Kərimağa da var idi.
Azərbaycan Respublikası Dövlət Arxivində Təzəpir məscidi ilə bağlı saxlanılan
maraqlı bir sənəd diqqəti cəlb edir. Sənəddə 1934-cü ilin sonlarınadək Bakıda və
Azərbaycan SSR-in qəzalarında müsadirə olunan, mədəni-maarif müəssisələrinə çevrilən və
məhv edilən məscid və kilsələrin sayı haqqında Moskvaya - mərkəzi hökumətə məlumat
verilmişdir. Bibiheybət məscidi, Aleksandr Nevski kilsəsi və onlarla başqa dini məbədlərin
“zəhmətkeş əhalinin xahişi ilə” məhv edilməsi əsaslandırıldıqdan sonra Təzəpir məscidinin,
Müqəddəs Məryəmin Miladı baş kilsəsinin və erməni kilsəsinin təyinatının dəyişdirilərək
onların saxlanılması məqsədəuyğun hesab olunurdu. Təzəpirlə bağlı qeyd olunmuşdur ki,
tarixən bu ərazidə məscid tikilməmişdən əvvəl müsəlmanların ziyarət etdiyi pir mövcud
olmuşdur. Şəhərin qatı dindar əhalisinin evləri ilə əhatə olunan bu məscidin sökülməsi ciddi
narazılıqlar doğura bilər. Ona görə də yaxın gələcək- də bu binanın sovet fəhlələrinin
mədəni istirahət yerlərindən birinə çevrilməsinə razılıq verilməsi tövsiyə olunurdu. Bu
sənəddən görünür ki, o zamankı Azərbaycan SSR rəhbərliyi də Təzəpir məscidinin
sökülməsinin tərəfdarı olmamışdır.
Beləliklə, iyirminci illərin əvvəllərində Sovet hakimiyyətinin “tən-tənəli” surətdə elan
etdiyi vicdan və din azadlığı bu şəkildə heçə endirilmişdi və bu, mahiyyət etibarilə, əslində,
xalqı öz mənəvi kökləri və ənənələrindən ayırmaq cəhdindən başqa bir şey deyildi. Lakin
Azərbaycan xalqı özünün tarixinə, mənəviyyatına bağlılığı sayəsində bu illərin ağır
sınağından uğurla çıxmış, “ideoloji” təzyiqdən xilas ola bilmişdir.
O dövrü tədqiq etdiyimiz zaman Sovet hakimiyyətinin ateist ideologiyasının Şimali
Azərbaycanda açıq şəkildə iflasa uğradığını görürük. Əhali arasında allahsızlıq siyasətinə
qarşı daxili müqavimət, milli-mənəvi dəyərlərdə pünhanlıq və onların qorunub saxlanılması
ateizmin qəbul edilməməsinin açıq sübutudur. Siyasi hakimiyyətdən çəkinən insanlar
arasında dindən uzaqlaşma prosesinin getdiyi görünsə də, daxildə hər kəs Allaha olan
inancını qoruyub saxlayırdı. Dolayısıyla ateizm heç vaxt Şimali Azərbaycanda insanların
qəlbinə yol tapıb hakim ideologiyaya çevrilə bilmədi. Və bu, ölkənin rəhbər strukturlarında
çalışanların verdikləri qərarlarda daha çox hiss olunurdu.
Doktor N.Nərimanov dinin xalqın milli mənəviyyatına nə dərəcədə bağlılığını və
Azərbaycan cəmiyyətinin ayrılmaz tərbiyəvi hissəsi olduğunu yaxşı bilirdi. Bunun üçün də
hər zaman xalqın inancına hörmətlə yanaşmış, Azərbaycan SSR-in rəhbər vəzifələrində
çalışdığı zaman bu məsələdə həssaslıq nümayiş etdirmişdir. Lakin N.Nərimanovun
dünyagörüşündəki millilikdən narahat olan partiya rəhbərləri və onların əlaltıları onu
Azərbaycandan uzaqlaşdırmağı respublikada gələcəkdə məkrli işlərin icrası üçün vacib
hesab edirdilər. Bu, belə də oldu. Məhz onun Azərbaycan SSR-dən uzaqlaşdırılması
nəticəsində dinimizə qarşı repressiya və təcavüz maşını işə düşdü, milli-dini ziyalılar total
şəkildə məhv edilməyə başlandı.
25
Şimali Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ilk illərində marksizm-leninizm
ideyalarının yayılmasına başlıca əngəl müsəlman ruhaniləri tərəfindən yaradılır və onlar
sosializmə qarşı barışmaz mövqe nümayiş etdirirdilər. Müsəlman ruhanilərinin mövqeyi
Oktyabr çevrilişi, habelə, Şimali Azərbaycanın sovetləşməsi dövründə özünü əyani şəkildə
büruzə verirdi.
Şimali Azərbaycanda Sovet hakimiyyətinin ilk çağlarında Gəncədə və Zaqatalada
Sovet hakimiyyəti əleyhinə qaldırılmış qiyamlarda çoxlu ruhani nümayəndələri fəal iştirak
etmişlər. Azərbaycan SSR-də yüksək rütbəli ruhanilərin əksəriyyəti əksinqilabçı partiya
olan Ittihad partiyasının üzvü olmuş, ölkədə Sovet hakimiyyətini devirmək üçün əksinqilabi
qiyamlarda yüksək mövqelər tutmuşlar. 1922-ci ilin 10-17 avqustunda və 1923-cü ilin 18-19
oktyabrında Qubadlı qəzasında baş vermiş əksinqilabi qiyamların başçıları ruhanilər Hacı
Qasım bəy Çələbioğlu və sabiq qazı Bəxti Əfəndi olmuşlar.
Lakin Sovet hakimiyyətinin zor gücünə qurulması və sovet adamlarının həyat tərzinin
kökündən dəyişməsi, habelə, din əleyhinə aparılan inzibati-ateist tədbirlər nəticəsində dini
ibadət yerlərinin, ruhanilərin mövqeyi və hörməti əsaslı şəkildə sarsıdılmışdı. Üzdə də olsa,
dindən uzaqlaşdırılanların sayı sürətlə artır, məscid və kilsələr tədricən bağlanırdı. Buna
baxmayaraq, 1925-1926-cı illərdə Azərbaycan SSR-də hələ 1700-dək məscid mövcud idi.
Təkcə Bakı şəhəri və Bakı qəzasında 120-dən artıq məscid fəaliyyət göstərirdi.
İyirminci illərdə dini gözdən salmaq üçün Sovet hökumətinin xüsusi xidmət orqanları
tərəfindən hazırlanan bir qrup “din xadimlərinin antidin fəaliyyətlərini də nəzərdən
qaçırmaq olmaz. Məhz onlar aşıladıqları şəriət qaydaları ilə əməllərinin uyğun gəlməməsi,
dindən gəlir mənbəyi kimi istifadə etməyə başlaması, həqiqi din xadimləri arasında təxribat
aparması, onları heç nədən güdaza verməsi və digər düşünülmüş və məqsədyönlü addımlar
insanlar arasında din xadimlərinə etimadsızlığı formalaşdırmağa başladı. Çünki cəmiyyət
din xadimlərinin sözləri ilə əməllərinin uyğun gəlmədiyini açıq şəkildə görə bilirdi.
Hadisələrin sonrakı inkişafı - aramsız həbslər, sürgünlər, qətllər din xadimlərini Sovet
rejiminə qarşı olan mövqelərindən geri çəkilməyə, sərt fitvalar verməkdən yayınmağa vadar
etmişdi. Hətta, yuxarıda qeyd edilən “din xadimləri’nin bəziləri yeni hakimiyyətə daha loyal
münasibət bəsləyərək hakimiyyəti lənətləmir, “hər bir hakimiyyət Allahdandır” - deyirdilər.
Bakının məşhur mollalarından olan Mir İslam Mir Yunisoğlu 1928-ci ildə Hacı Pirverdi
məscidində oxuduğu moizədə demişdi: “Ay camaat, Allah-Təala öz nökərlərinə
buyurmuşdur ki, qismətdən artıq yemək olmaz. Qismətinizə qail olun. Bizim də qismətimizə
Şura hökuməti çıxıb, Allahımıza şükür edib hökumətimizə qulluq etmək bizim
borcumuzdur”.
Həmin dövrlərdə yaranmış sosial-siyasi mühit bəzi uzaqgörən din xadimlərinə dinin
gələcək müqəddəratı haqqında da fikirləşməyi diktə edirdi. Hətta bəzi din xadimlərinin
gələcək üçün dini kadrların hazırlanması haqqında düşündüyü barədə də faktlar var. Onlar
İranın Məşhəd və Qum şəhərlərinə, İraqın Nəcəf şəhərinə və başqa İslam mərkəzlərindəki
dini məktəblərə tələbə göndərir, Respublikanın ayrı-ayrı bölgələrində bağlanmış mədrəsələri
dirçəltməyə çalışırmışlar. Bakının Buzovna qəsəbəsindəki məscidin keçmiş axundu
otuzuncu illərdə gizli yolla Məşhədə gedərək, orada dini təhsil alıb qayıdanlardan olmuşdur.
26
Sovet qanunvericiliyinin ölkə daxilində dini təhsili qadağan etməsinə baxmayaraq, 1933-cü
ildə Zaqatala və Balakən rayonlarında bir neçə gizli mədrəsə fəaliyyət göstərmişdir.
Azərbaycan müsəlman ruhanilərinin antisovet əhval-ruhiyyəli qisminin mövqelərinin
zəiflədilməsi üçün dini ayinlər haqqında yerli qanunvericilik formalaşdırılmışdı. “Kilsənin
dövlətdən və məktəbin kilsədən ayrılması haqqında” Leninin məşhur dekreti (5 fevral l‘) 18-
ci il) əsasında tərtib edilmiş və Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan Xalq
Maarif Komissarlığının verdiyi “Vicdan azadlığı haqqında” (15 may 1920-ci il) dekretinin
bu sahədə xüsusi rolu olmuşdur. Həmin dekret əsasında Respublikadakı Dini Etiqad
Nazirliyi ləğv edilmiş, dinin dövlətdən və məktəbin dindən ayrıldığı elan edilmişdir. Sovet
Azərbaycanı vətəndaşlarının könüllü olaraq istədikləri dinə etiqad etməkdə, yaxud heç bir
dinə etiqad etməməkdə azad olduqları qanunlaşdırılmışdır.
Sovet Rusiyasının hərbi təcavüzündən sonra Azərbaycanda məscidlərin və ruhanilərin
səlis təşkilat quruluşu və ümumi struktur sistemi olmamışdır. Formal olaraq onlar Ufa
şəhərində yerləşən Ümumrusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinə tabe idilər. Lakin
bu təşkilatla əlaqə çox zəif olmuş və formal xarakter daşımışdır. Bəzi şiə ilahiyyatçılarının
(Molla Əli Ağazadə, Bakı qazısı Mirməhəmməd Kərim ağa, axund molla Məhəmməd və
başqaları) bu sahədə mütəşəkkillik yaratmaq təşəbbüsləri nəticə verməmişdir. Buna
baxmayaraq, Azərbaycan SSR-də ruhanilərin kortəbii fəaliyyət göstərdiyini də demək
olmazdı. Respublika ərazisində ilahiyyatçıların fəaliyyətinə başlıca olaraq Bakı
məscidlərinin axundları, imam-xətibləri və nüfuzlu mollaları istiqamət verirdilər. Adətən
onlar Bakının Təzəpir, yaxud Hacı Pirverdi məscidinə, axund Şeyx Qəni Molla
Abdullaoğlu, Molla Murad Axundov və başqa nüfuzlu din xadimlərinin mənzillərinə
toplaşar, burada ictimai-siyasi həyata öz münasibətlərini bildirər, yaranmış yeni şəraitlə
əlaqədar dini qorumaq, imkan daxılində onu təbliğ etmək, Azərbaycan SSR-də dini həyatı
fəallaşdırmaq və s. bu kimi məsələləri müzakirə edərdilər.
1941-1945-ci illər müharibəsinin ilk illərində ümidsizliyə qapanmış insanların kütləvi
şəkildə dinə üz tutmaları bir daha Kommunist Partiyasının irəli sürdüyü ateizm siyasətinin
iflasa uğramasını təsdiqlədi. 1943-cü ildə müharibənin gedişində əsaslı dönüş yarandıqdan
sonra İosif Stalin Qərb dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq üçün müəyyən siyasi
gedişlərə əl atdı. O, tezliklə müharibənin qələbə ilə bitəcəyini bilirdi. SSRİ dünyadan təcrid
olaraq öz varlığını qoruyub saxlaya bilməzdi. Müharibədən sonra dünyada hegemon
dövlətlərdən biri kimi qəbul olunmaqla yanaşı, həm də ideal siyasi kimi nüfuz qazanmalı
idi. İkinci cəbhənin açılması və müharibədən sonra Qərb dövlətləri ilə əməkdaşlıq və
inteqrasiya üçün isə müəyyən islahatların həyata keçirilməsi vacib idi. Bu islahatların ən
önəmli olanlarından biri dini təsisatların formalaşdırılması idi.
Əlbəttə, Ufa şəhərində olan Mərkəzi Müsəlman Ruhani İdarəsi SSRI ərazisində
fəaliyyət göstərən müsəlman dini obyektlərinin və ruhanilərin fəaliyyətinə nəzarət və
rəhbərlik etmək iqtidarında deyildi. 1943-1944-cü illərdə bu idarənin sədri müfti
A.Rəsulovun formal xarakterli dövlət tərəfindən hazırlanmış təklifi və SSRİ Ali Soveti
Rəyasət Heyətinin müvafiq qərarı ilə SSRİ-dəki müsəlman obyektlərinə və ruhanilərinə
əməli rəhbərlik etmək üçün aşağıdakı müstəqil müsəlman ruhani idarələri yaradılmışdi:
|