32
2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra ölkədə
dövlət-din münasibətlərində yeni bir mərhələyə qədəm qoyuldu. Dini etiqad azadlığı ilə
bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların
qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin
fəaliyyətinin tənzimlənməsi səlahiyyəti həmin quruma həvalə olundu.
Həmin dövrdən başlayaraq din etiqad azadlığının təmin olunmasına, icmaların dini
ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və
tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət daha da artırıldı. Azərbaycan hökuməti
bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün
bərabər imkanlar yaratdı, onların fəaliyyətinə əsassız müdaxilələrin qarşısını aldı. Eyni
zamanda missioner təşkilatların və radikal qruplaşmaların fəaliyyətinə nəzarət daha da
gücləndirildi.
Dostları ilə paylaş: