Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
  1   2   3   4   5   6   7   8   9   ...   22
307 multikulturalizm m N3pdf



AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ 
 
P O L İ S AK A D E M İ Y A S I 
KAFEDRA: «İctimai elmlər» 

FƏNN: « Multikulturalizm » 

FAKÜLTƏ: Qiyabi
 
 

M Ü H A Z İ R Ə 
 
 MÖVZU №3. «Dini müxtəliflik və multikulturalizm» 
 
Tərtib etdi: «İctimai elmlər»
kafedrasının baş müəllimi, 
polis baş leytenantı  Rəşad Qasımov 
 
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib. 
Protokol № «_____» ___________2016-cı il
 
 
 
 
B A K I 2 0 1 6
 
 
 


2
MÖVZU №1. Dini müxtəliflik və multikulturalizm. 
 
 
P L A N: 
Giriş: 
1. Azərbaycanda dinlərin tarixi 
2. Dini-etik təlimlərdə tolerantlıq və multikulturalizm ideyaları 
3. Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətləri 
Nəticə: 
 
Ə D Ə B İ Y Y A T: 
1. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bülleteni. № 
10, 2004.
2. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007. s.81-120 
3. Dövlət və din jurnalı. Noyabr, 2006.
4. Əliyev E. Azərbaycanda Zərdüştilik. Bakı, Çaşoğlu, 2002, s. 8-28 
5. Əliyev H. Dinimiz xalqımızın milli-mənəvi sərvətidir, Bakı, Əbilov, Zeynalov və 
oğulları, 1999.
6. Əhməd Ə. XII-XV əsrlərdə Аzərbaycanın mənəvi mədəniyyət. Bakı-2012.s.65-88 
7. Əliyev R. Din. Əxlaqa aparan yol. Bakı 2005, s. 13-18 
8. Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər, Bakı, 
Əbilov, Zeynalov və oğulları, 2007.
9. Hüseynov, Sakit. Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik, 
Bakı, Təknur, 2012. 
10. İslam: Tarix. Fəlsəfə. İbadətlər. Bakı, Elm, 1994, s. 6 -114; 147 -165 
11. İmanov H, A. Əhədov. Orta əsr islam şərqində fəlsəfi fikir. B.: Bakı Universiteti 
nəşriyyatı,1998 
12. Orucov, H. Azərbaycanda din: ən qədim dövrdən bu günədək, Bakı, CBS 
Polygraphic production, 2012. 
13. Quluzadə, Musa. Azərbaycanda dövlət-din münasibətləri (İslam dininin timsalında 
1920-2000-ci illər), Bakı, Açıq dünya, 2002 
14. Qurbanov, Əsədulla. Beynəlxalq münasibətlərdə din-islam amili, Bakı, Bakı Dövlət 
Universitetinin nəşriyyatı, 2000 
15. Tusi Xacə Nəsirəddin. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005, s.13-18; 215; 
225-235 
16. Xəlilov S. Şərq və Qərb. Ümumbəşəri ideala doğru. B.: Azərbaycan Universiteti 
Nəşriyyatı, 2004, 
17. http://www.azerbaijan.az/portal/General/Religion/traditionReligion_a.html. 
18. http://scwra.gov.az/pages/181/. 


3
GİRİŞ 
Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi, həm dini azadfikirliyin 
və tolerantlığın olmasına, həm də yeni dini cərəyanların zaman-zaman yaranmasına 
və inkişafına zəmin yaratmışdı. Azərbaycan olduqca unikal bir mədəniyyətə malikdir. 
Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin təbii, 
tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda atəşpərəstlik, türk, iran, qafqaz, 
yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və s kimi müasir dünya 
sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşmış, dünyanın inkişafı üçün 
nümunə olan mədəniyyət, inkişaf modelləri yaratmışdır. 
Polietnik və çoxkonfessiyalı Azərbaycanda formalaşmış multikulturalizm 
dəyərlərinin dini müstəvidə əks-sədasının köklərini də araşdırmaq xeyli maraqlıdır və 
bunları milli-mədəni irsimizin məşhur nümunələrində aydın görürük. 
Müasir dünya bütün dinləri qloballaşma zəminində düşünməyə vadar edir. 
Əsasən də monoteist dinlərin kəsişmə nöqtələrində bir-birinə zidd olmayan, uyğun 
düşüncə aşılayan müxtəlif ehkamların semantik təhlilini aparmaqla və bunlann bəşəri 
dəyərlərini nəzərə çarpdırmaqla problemin həllinə nail olmaq mümkündür. Bu zaman 
müzakirə nəinki tarixi və ya statistik tədqiqat kimi formal xarakter daşıyar, həmçinin 
geniş fəlsəfi təhlil şəklini də ala bilər. 
Dinin çox güclü təsir vasitəsi olduğu inkaredilməzdir. Çünki o, bir çox insanın 
mənəvi istinadgahıdır. Din inanclı insanların şüur labirintlərindən keçərək, onlara həyata 
münasibətdə ümid verə biləcək sosial fenomendir, onların iç dünyasına tutulan çıraqdır. 
Burada sakrallıq əsas götürülərək riyakarlıq, haramlıq kimi mənəvi qüsurlara sədd 
çəkilir. Deməli, niyyəti düz olan insan dindən yararlana bilər. Yaradana xidmət etmək bu 
qəbil insanlar üçün böyük hikmət kəsb edir. Tanrıya xidmət etməklə, yəni dini normalara 
və ehkamlara sadiq qalmaqla insan öz səadətinə, əminliyinə qovuşa bilər. Dinin 
cəmiyyətdə oynadığı psixoloji rolundan irəli gələrək, tanrıya inanan insan dində 
mətinlik, səbirlilik, iradəlilik, başqasına itaət etməmək kimi keyfiyyətlərə yiyələnə bilər. 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin