Азярбайъан республикасы дахили ишляр назирлийи


Alban-udi xristian kilsəsi



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   2   3   4   5   6   7   8   9   10   ...   22
307 multikulturalizm m N3pdf

Alban-udi xristian kilsəsi. Azərbaycanda xristianlığın tarixi Alban kilsəsindən 
başlayır. Qədim qaynaqlar sübut edir ki, Alban kilsəsi nəinki Qafqazda, hətta bütün xristian 
dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini 
təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim 
alban məbədləri təsdiqləyir. 
Alban katolikosunun iqamətgahı Çola şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah 
Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan 
sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban 
dili sıxışdırılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda 
Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir.
Xristianlıqla bağlı araşdırmalar aparan tədqiqatçıların ümumi qənaətinə görə, Şəkidə 
yerləşən, «Şərq kilsələrinin anası» sayılan və günümüzə qədər qorunub saxlanılan Kiş 
kilsəsi Qafqazda ilk xristian məbədidir. Əslində dövrümüzə qədər gəlib çatmış və böyük 
əksəriyyəti Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində yerləşən alban abidələri xristian 
Azərbaycan türklərinin xristian mədəniyyətinə, ümumilikdə, bəşəriyyətin mədəni dəyərlər 
xəzinəsinə ən böyük töhfəsidir. 
Təəssüf ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan 
Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri 
saxtalaşdırılaraq qriqoryanlaşdırılmışdır. Ermənistan işğal etdiyi ərazilərdə saxtalaşdırdığı 
alban məbədlərini dünyada erməni abidələri kimi qələmə vermişdir. Halbuki, həm tikilişinə, 
həm memarlıq xüsusiyyətlərinə, həm də dini atributlarının formasına görə alban abidələri 
erməni kilsələrindən fərqlənir və alban ənənələri erməni kilsəsi ilə müqayisədə alban 
kilsəsinin daha qədim olduğunu təsdiqləyir. 
Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya çarı 
1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan 
bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya 
qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz insanlara çevrilməli idilər. Lakin onlar 
misilsiz qəhrəmanlıq göstərib 160 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dininə, 
tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi 
ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Udili ziyalıların təşəbbüsü ilə 2003-cü 


9
ildə Alban-Udi xristian icması yaradılmış və müvafiq qaydada dövlət qeydiyyatından 
keçmişdir. İcmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi, 
ümumiyyətlə, tarixi ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır. Azərbaycan 
hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda kilsələrin anası 
hesab olunan apostol Yelisey kilsəsi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda 
yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki «Çotari» Alban-udi kilsəsinin rəsmi açılışı 
olmuşdur. Təbii ki, Alban-udi xristian icmasının dirçəldilməsi və alban abidələrinin bərpası 
tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub 
saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün dünya tarixində mühüm 
əhəmiyyət kəsb edir. 
Alban-udi xristian dini icmasının qeydiyyat alınması formal olaraq digər icmaların 
qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox 
əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə 
qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə 
Qəbələ rayonunun Niç kəndində yaşayır. 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin