Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
307 multikulturalizm m N3pdf

Pravoslavlıq. Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə 
yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav 
kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır. 
Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq 
üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-
cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 
1842-ci ildə Yelizavetpol quberniyasında Boris - Ruslar, 1844-cü ildə isə Slavyanka 
kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, 
burada 13 min sektant yaşayırdı. 
Pravoslavlığın Azərbaycanda yayılmasında, yeni kilsə və ibadət evlərinin inşasında 
Azərbaycanlılar da fəal iştirak etmişlər. Məsələn Bakıda yeni «Aleksandr Nevski» kafedral 
kilsəsinin tikilməsinə həm müsəlmanlar, həm də yəhudilər maliyyə yardımı etmişlər. 
Müsəlman ruhanilər dindarları kilsənin tikintisinə yardım göstərməyə çağırmış, hətta 
müsəlman qadınlar öz gümüş zinət əşyalarını metal zənglərə əlavə olunması üçün kilsəyə 
bağışlamışlar. Başqa bir fakt: Arxangel Mixail məbədi yanan zaman bir çox müsəlman onun 
bərpasına kömək göstərmişdir. Pravoslav ruhanilər bunun səbəbini soruşduqda isə belə 
cavab veriblər: «Таnrının evi yanan şəhərə müsibət üz verər». 
Katoliklik. Azərbaycanda xristianlığın yayılma tarixində katoliklik ayrıca səhifə 
təşkil edir və bu səhifənin yaşı əsrlərlə ölçülür. Azərbaycanda hələ orta əsrlərdən yayılmağa 
başlayan katoliklik XIV əsrin əvvəllərindən etibarən, xüsusilə, XVII-XVIII yüzilliklərdə 
geniş yayılıb, hətta Azərbaycanın ən iri şəhərlərində katolik monastrları, missiya və 
məktəbləri fəaliyyət göstərib. 
Tarixi sənədlər katolik missionerlərin çoxsaylı xeyriyyə, tərcümə və tibb 
fəaliyyətlərindən, yerli əhaliyə göstərdikləri yardımlardan xəbər verir. Xüsusilə, XIX əsrin 
ikinci yarısı və XX əsrin əvvəllərində - neft bumu dövründə Bakıya çoxsaylı katoliklər 
köçmüş və Azərbaycanda katolik kilsəsinin həyatında yeni mərhələ başlamışdır. 


10
Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən 
hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-
Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu 
müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü 
ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının 
gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi 
qotik üslubda inşa edilir. Sovet dövründə kilsə dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-
katolik icması yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. 22-23 may 
2002-ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda rəsmi səfərdə 
olmuşdur. 2008-ci ildə Bakıda Roma-katolik kilsəsi üçün inşa olunmuş yeni binasının açılışı 
olmuşdur. Tədbirdə dövlət rəsmiləri və xarici qonaqlar iştirak etmişdir.
İslam. Azərbaycanın islamlaşması hicrətin 18-ci ilindən (639-ci il) başlanmışdır. 
Həmin dövrdə ərəblər Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan və 
Arranı fəth edir, Xəzər sahili boyunca Dərbəndə kimi irəliləyirlər. Tarixçi Bəlazurinin 
məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) 
Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun 
çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi 
bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri 
verməkdən imtina etdikləri halda hücumlar başlanırdı. 
İslam fütuhatları çox yerdə sülh yolu ilə, bəzi yerlərdə isə silah gücünə həyata 
keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, 
qəbul edənlərə toxunulmurdu. İslamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyir və 
müsəlmanların himayəsi altında olurdular. İslamı qəbul etməkdən imtina edənlər 
müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində ancaq müsəlmanlar 
yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn 
müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali bir qədər kənara 
köçürülürdü.
Azərbaycanda islamlaşma prosesini bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ 
kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları 
dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin 
öz müstəqilliyini itirməsi ilə bitir. Bu mərhələnin sonunda islam Azərbaycanda hakim din 
olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları 
qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında yayılırdı, çünki ərəblər bu siniflərə 
güzəştlər edirdilər. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma 
nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini 
şüurdan üstünlüyü qorunub saxlanılırdı. 
İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin 
hakimiyyətə gəlməsinə qədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil 
Şirvanşah Məzyədilər və Sacilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini 
itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, 
amma nüfuz dairəsi zəiflədiyindən ayinlər erməni dilində aparılır, ardıcılları erməniləşir. Bu 
dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib 


11
getmir. Bunu Abbasilərin hakimiyyətinin ilk dövrlərindən başlanan şüubilik hərəkatında 
izləmək mümkündür. Babək hərəkatı (816-838) buna ən parlaq misaldır. Sərhəd 
məntəqələrində islam təsəvvüfü təşəkkül tapır. Dağ rayonlarında ifrat şiəlik fəallaşır. 
Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə 
mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni 
hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıl 
tapır.
Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə 
bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi 
aparıcı məzhəbə çevrilir, sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və 
Şirvanşahları islamı xristianlığın təzyiqindən qoruya bilirlər. 
Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) 
əhatə edir. Bu dövrdə sufilik geniş yayılır, hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi 
(vəfatı - 1394) idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi (vəfatı - 1417) hürufiliyin ən 
nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci 
piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti (vəfatı - 1464) çox məşhur olmuşdur. Ağqoyunlu 
hökmdarı Uzun Həsənin qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı 
- 1487) ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni (vəfatı - 1534) XV əsrin ikinci 
yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox 
sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali 
Qafqaza nüfuz etmişdir. 
Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-
1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə 
imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar 
"qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni 
hənəfi məzhəbini yayırdılar. 
Tarixi faktlar təsdiqləyir ki, İslamın Azərbaycanda yayıldığı dövrdə xalqın 
narazılığını əks etdirən etirazlar və qiyamlar baş verib, amma bu etirazlar dinə yox, siyasi 
hakimiyyətə qarşı yönəlib. Digər tərəfdən, əgər İslam qılınc gücünə yayılsaydı, onun 
Azərbaycanda ömrü bu qədər uzun olmaz və ümumxalq dininə çevrilməzdi. Dini birlik 
şüuru etnik və ya milli birlik şüurundan daha güclü və əhatəli olduğundan İslam yeni 
müsəlman sivilizasiyasının təməlində durdu və türk xalqları bu dini qəbul etməklə nəinki 
daha əhatəli və zəngin bir sivilizasiyaya qoşuldular, həm də bu sivilizasiyanın təşəkkülündə, 
inkişafında, zənginləşməsində mühüm rol oynadılar. 
Çünki on beş əsr boyunca bu coğrafiyada yaşamış və yaratmış insanlar İslam 
mədəniyyətinin çiçəklənməsi üçün əllərindən gələni əsirgəməmiş və bu mədəniyyətin layiqli 
və görkəmli nümayəndələrinə çevrilmişlər. İslam mədəniyyətini azərbaycanlılarsız təsəvvür 
etmək mümkün olmadığı kimi, Azərbaycan mədəniyyətini də İslamsız təsəvvür etmək 
qeyri-mümkündür. Əgər mədəniyyətimizdən bir anlığa İslamı və onun izlərini silsək, bu 
zaman Azərbaycan tarixini və mədəniyyətini inkar etmiş olarıq. Azərbaycanda İslamla bağlı 
önəmli məqamlardan biri də odur ki, bu din Qafqazda ölkəmiz vasitəsilə yayılmışdır. Bunun 
məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Qafqaz regionunda yaşayan bütün müsəlmanlar 


12
üçün dini mərkəz rolunu oynayır və bu fakt istər elmi, istərsə də dini dairələr tərəfindən 
qəbul edilir. 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin